metro-gec-1-kimi-islyck439ef2dc756e99159fed

Bakı Metropoliteni "Qəbələ” klubunun müraciətini cavablandırıb.

AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müraciət Rusiya "Krasnodar”ı ilə Avropa Liqasının qrup mərhələsindəki VI tur matçından sonra metronun iş rejiminin saat 01:00-dək uzadılması xahişi ilə edilib.

"Qəbələ” İdman Klubu dekabrın 10-da saat 22:00-da başlanacaq qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq bu addımı atıb. Öz növbəsində Bakı Metropoliteni müraciətə müsbət reaksiya verib. Klub isə buna görə Metropolitenə təşəkkür edib.

Qeyd edək ki, "Qəbələ” – "Krasnodar” matçı metronun "Neftçilər” və "Xalqlar dostluğu” stansiyalarına yaxın olan "Bakcell Arena”da keçiriləcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300