İŞİD lideri Əbu Bəkr əl-Bağdadi hava zərbəsinin endirilməsinə bir neçə dəqiqə qalmış qurtula bilib.
Avropa.info xəbər verir ki, bu məlumatla İraq təhlükəsizlik qüvvələrinə istinadən "Sputnik” agentliyi çıxış edib. Bildirilir ki, zərbə anı Bağdadinin komandirləri ilə görüşü zamanı seçilib. Lakin bildirilmir ki, hava zərbəsini beynəlxalq koalisiya yaxud İraq HHQ endirib.
Qeyd edək ki, İraq ordusu bu səhər Mosul şəhərinin azad olnması əməliyyatına başlayıb.