Bu gün Çempionlar Liqasında (ÇL) III turun oyunları keçiriləcək.
 
Axar.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarındakı komandalar meydana çıxacaqlar.
 
E qrupunun lideri "Monako” autsayder MOİK-lə səfərdə üz-üzə gələcək. Fransızlar liderliyi bir qədər də möhkəmlətmək barədə düşünürlərsə, Rusiya təmsilçisi növbəti mərhələ şanslarını qorumaq üçün rəqibdən xal almağa çalışacaq. Qrupun əsas favoritləri hesab edilən "Bayer”lə "Tottenhem” Leverkuzendə münasibətlərinə aydınlıq gətirəcək.
 
Madrid "Real”ını bu tur asan oyun gözləyir. Aşkar autsayder "Legiya”nı "Santyaqo Bernabeu”da qəbul edəcək "kral klubu”nun xal itkisi sadəcə, möcüzə olar. "Real”dan fərqli olaraq Dortmund "Borussiya”sı Portuqaliayada "Sportinq”lə üz-üzə gələcək.
 
G qrupunda itkisiz irəliləyən "Lester” sürpriz komanda "Kopenhagen”lə qarşılaşacaq. İngiltərə çempionu daha bir qələbə ilə növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edə bilər. "Brügge” – "Porto” matçında meydan sahibləri ilk xalını, qonaqlar isə ilk qələbəsini qazanmağa çalışacaq.
 
Günün ən maraqlı oyunlarından biri də Fransada baş tutacaq. Qrupdan çıxmağı hədəfləyən "Lion” güclü "Yuventus”u qəbul edəcək. Daha bir iddialı komanda "Sevilya” isə Zaqrebdə xal üzünə həsrət olan "Dinamo”nun qonağı olacaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300