Oktyabrın 16-17–də İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.
 
APA-nın  yerli bürosunun xəbərinə görə, intensiv yağan yağışlar rayon ərazisindən keçən Sulut, Mücü, Cəfələ çaylarında suyun səviyyəsini həddindən çox artırıb, nəticədə bir sıra kənd yolları dağılıb.
 
Yolların dağılması və torpaq sürüşməsi səbəbindən rayonun İstisu, Əhən, Qoydan, Həftəsov kəndləri də daxil olmaqla, 10-dan çox yaşayış məntəqəsində yollar dağılıb, avtomobillərin hərəkəti çətinləşib. İstisu kəndində evlərdən 100 metr aralı ərazidə dağın yamacında ümumilikdə 5 hektar ərazidə torpaq sürüşməsi baş verib. Hazırda dağlıq ərazidən böyük torpaq kütləsi tədricən sürüşərək həmin ərazidə olan fərdi yaşayış evlərinə doğru hərəkət edir.
 
Ərazidə leysan yağışları davam etdiyi üçün torpaq sürüşməsi getdikcə böyük ərazini əhatə edir.

Qalacıq çayına gələn sel çayın kənarlarının yuyulmasına səbəb olub, nəticədə təhlükəli vəziyyət yaranıb, torpaq sürüşməsi baş verib. Hazırda leysan yağışlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə İsmayıllı rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300