Hazırda İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının 3-5 min silahlısı var.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.
 
"Başlanan əməliyyat irimiqyaslı olacaq. Hələ ki əməliyyat plan üzrə gedir. Orada olan azsaylı  ABŞ hərbçiləri məsləhətçi qismində çıxış edir. Biz onların məruz qaldığı riskləri minimuma endirmək üçün çalışırıq”, deyə P.Kuk bildirib.
 
O, həmçinin Mosulun böyük şəhər olduğunu və hərbi əməliyyatların uzun müddət davam edəcəyini vurğulayıb.
 
Xatıraladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300