İrəvanda KTMT-in ötən həftə keçirilmiş sammitinin yekunlarına əsasən Moskva və İrəvan Ermənistana yeni silah təchizatına dair razılaşma əldə ediblər.

Virtualaz.org xəbər verir ki, bu haqda hakimiyyətə yaxın erməni hərbi ekspert Sergey Minasyan bildirib.

"Ətraflı informasiya var. Lakin mən hələ açıqlaya bilmərəm ki, hansı silahlardan söhbət gedir”-Minasyan deyib.

 

Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində ilk növbədə hərbi-texniki sahədə ciddi irəliləyişlər var. "Kifayət qədər ciddi silahların verilməsinə dair razılaşma əldə olunub. Qısa müddət ərzində Ermənistan silahlı qüvvələri uzaqvuran, yüksək dəqiqlikli silahlar alacaq”-Minasyan əlavə edib. Onun sözlərinə görə, silahlar yaxın günlərdə Ermənistana daxil olacaq.

"Biz bu razılaşmanın reallaşmasını yaxın günlərdə görəcəyik”-Minasyan bildirib.

Xatırladaq ki, ötən ay İrəvanda keçirilən hərbi paradda Rusiyanın Ermənistana verdiyi "İsgəndər” operativ-taktiki raketləri və "Smerç” reaktiv yaylım atəşi sistemləri nümayiş etdirilib. Ermənistan bildirir ki, bu silahlar Rusiyanın ayırdığı 200 milyon dollarlıq güzəştli kredit hesabına deyil, "büdcə imkanları” hesabına alınıb. Rusiyanın Ermənistana ayırdığı kredit hesabına verilməli olan silahların siyahısında Minasyanın bəhs etdiyi kimi "uzaqvuran və yüksək dəqiqlikli” silahlar yer almırdı. Bu siyahıda "Smerç” reaktiv-yaylım atəşi sistemləri və TOS-1A "Solntsepyok” odsaçan sistemləri yer alsa da onlardan birincisi artıq Ermənistanda var. 

Və indi Rusiyanın Ermənistana daha hansı "uzaqvuran və yüksək dəqiqlikli” silahlar verəcəyini izləmək lazımdır. Və belə görünür ki, rəsmi Bakı nəhayət məsələni rəsmi Moskva qarşısında qaldırmalı olacaq.

Bundan əvvəl prezident Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Ermənistana "İsgəndər” raketlərinin verilməsi Azərbaycan üçün sürpriz olmamalıdır. Çünki Ermənistan Rusiyanın hərbi müttəfiqidir, müttəfiqlik çərçivəsində hansı silahlar lazımsa Ermənistana verilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300