Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasından 25 il keçir.

Bu münasibətlə bu saatlarda İstiqlalçı millət vəkillərinin iştirakı ilə "Park Inn” otelində tədbir keçirilir.

Tədbiri İstiqlalçı Millət Vəkili Hacıbaba Əzimov təşkil edib.

Xatırladaq ki, Dövlət Müstəqilliyimizə  43 Millət Vəkili onay verib.  Hal-hazırda onların 27-i sağdır: Arif Hacılı, İsa Qəmbər, Cümşüd Nuriyev, Etibar Məmmədov, Fərəc Quliyev, Firudin Cəlilov, Füzuli Axundov, Hacıbaba Əzimov, Hicran Kərimli, İbrahim İbrahimli, İxtiyar Şirinov, İsgəndər Həmidov, Maşallah Abdullayev, Məryəm Həsənova, Mətləb Mütəllimov, Mirmahmud Fəttayev, Nəriman Həsənzadə, Ramiz Fətəliyev, Rəhim Qazıyev, Tahir Əliyev, Tahir Kərimli, Tamerlan Qarayev, Tofiq Qasımov, Sabir Rüstəmxanlı, Sülhəddin Əkbər, Vahid Əhmədov, Vaqif Novruzov.

İstiqlalçı deputatlardan Allahverdi Həsənov, Aydın Məmmədov, Bayram Bayramov, Dilarə Əliyeva, Eldar Bağırov, Ədalət Rəhimov, Əyyam Musayev, Heydər Əliyev, İsmayıl Şıxlı, Məmməd Xələfov, Mürşüd Məmmədli, Tofiq Bağırov, Şadman Hüseynov, Şahmərdan Cəfərov, Yusif Səmədoğlu, Faiq Baxşəliyev dünyasını dəyişib.

"Basta” əməkdaşının verdiyi məlumata görə tədbirdə İstiqlalçı Millət vəkillərindən İsa Qəmbər, Arif Hacılı, Məryəm Həsənova, Sülhəddin Əkbər, Mirmahmud Fəttayev, İskəndər Həmidov, Tahir Əliyev, İbrahim İbrahimli, Pənah Hüseynov  və Etibar Məmmədov iştirak edirlər.

Tədbir 15:00-dan başlayıb.

Onu da, əlavə edək ki, ilk çıxışçı kimi söz Etibar Məmmədova verilib. İkinci çıxışçı Müsavat başqanı, İstiqlalçı Millət Vəkili Arif Hacılıdır.

14625384_745991798882172_2102673569_n 14627932_745991812215504_991613361_n 14628137_745991852215500_2075158073_n 14694705_745991858882166_2006449690_n 14694706_745991792215506_415533602_n 14741019_745991942215491_1046704495_n 14741095_745991912215494_1129339237_n14741586_745998455548173_570203024_n14686537_746000945547924_769768_n14625276_745991892215496_960153794_n

Könül Alı, Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300