Jose Mourinho nigarandır ki, tərəfkeşlikdə günahlandırılmaqdan qorxan hakim Liverpoola rəğbətli ola bilər

 

"The Mirror" yazır ki, İngiltərə Futbol Assosiasiyası (FA) Manchester United komandasının məşqçisi Jose Mourinho-nu inzibati qaydada cəzalandıra və ondan pul cəriməsi tələb edə bilər.

Buna səbəb onun Liverpool klubu ilə qarşıdan gələn matç ərəfəsində oyunun hakimi Anthony Taylor haqqında bəzi bəyanatları səsləndirməsidir.

Məqalədə deyilri ki, Liverpool klubunun azarkeşləri də matça Taylor-un hakim təyin edilməsindən narahatdırlar.

Onların fikrincə, hakim Manchester United-in doğma Old Trafford stadionunun cəmi 10 kilometrliyində yaşayır və deyilənə görə komandanın oyunlarına illik bilet alıb. Başqa sözlərlə onun Manchester United azarkeşi olduğuna işarə edilir.

Beləliklə bir çox liverpullular narahatdırlar ki, hakim Taylor oyunda "öz məhəllə uşaqlarına" tərəfkeşlik edə bilər.

Mourinho isə əksinə nigarandır ki, tərəfkeşlikdə günahlandırılmaqdan qorxan hakim Liverpoola rəğbətli ola bilər.

Necə olursa, olsun İngiltərə FA-nın qaydalarına görə məşqçilərin oyundan əvvəl hakimlər haqqında yaxşı, pis və ya nəsə deməsi qəti qadağandır.

"The Mirror" yazır ki, Mourinho bu qaydanı dəfələrlə pozması ilə tanınır və bu dəfə də onu 50 min funt sterlinq cərimə edə və ya oyun zamanı meydançanın yanındakı məşqçi skamyasına buraxmaya bilərlər (BBC).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300