İstanbulda dünən axşam saatlarında dostunun qızı ilə gəzintiyə çıxan Hənifə Öndər adlı qadın avtobus dayanacağında sarı bir paket olduğunu görüb.A24.Az xəbər verir ki, paketin sahibsiz olduğunu görən qadın ona ilk əvvəl şübhə ilə yanaşıb. Daha sonra paketi açan Öndər, onun içərisində dəstə-dəstə pulun olduğunu görüb. Dayanacağın çevrəsində heç kimi görməyən qadın, paketi götürərək Polis İdarəsinə təslim edib. Polis əməkdaşları qadına atdığı bu addıma görə, xüsusi təşəkkür ediblər.

Araşdırmalar zamanı paketin içində təxminən 25-30 min manat Azərbaycan valyutası olduğu müəyyənləşib.

Daha sonra açıqlama verən qadın dostunun qızı ilə gəzməyə çıxdığını, dayanacaqda avtobus gözlədiyini, hadisənin də elə həmin vaxt baş verdiyini qeyd edib:

"Dostumun qızı bir bir paket olduğunu görüb, mənə bu barədə məlumat verdi. Soruşdu ki, "bu, bomba ola bilərmi? Gəl buradan uzaqlaşaq”. Paketi qaldırdıqdan sonra pul olduğunu gördük və polisə apardıq. Polislər 50-60 min lirə olduğunu qeyd etdilər. "Mənə, insanlar pul üçün adam öldürürlər. Biz, sizi təbrik edirik. Örnək davranış göstərdiniz dedilər”. Ən böyük arzum pulun sahibinin tapılmasıdır”.

Qadın daha sonra sosial media üzərindən paylaşım edərək pulun öz sahibini tapmasını istədiyini qeyd edib.

” Pulun sahibi tapılsa onunla tanış olmaq istəyərəm. İnşallah, sahibi tapılar və xoşbəxt olar. Restoranda işləyirəm. Alnımızın təri ilə qazanırıq’’.

Artıq polis məsələ ilə bağlı araşdırmalara başlayıb.


14671332_882859581816265_6497944624448468983_n14642515_882859535149603_7450642147332829682_n
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300