Yazar-jurnalist Rüfət Əhmədzadə Qazax Gənclər Mərkəzində ədəbiyyata marağı olan məktəblilərə və rayon gənclərinə təlim keçib.

Reaksiya.az xəbər verir ki, təlim Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə keçirilən "Yazar olmaq istəyirəm” layihəsi çərçivəsindən baş tutub. Əsas məqsədin bölgələrdə gənc istedadların üzə çıxarılmasından ibarət olduğunu deyən layihə rəhbəri Gülnar Nəzərova qeyd edib ki, ilk təlim dekabrın 7-də Ağstafada baş tutub.

Rüfət Əhmədzadə gənclərə yazar olmaq üçün vacib olan əsas xüsusiyyətlər, bədii əsərlərin yazılmasında gözlənilməli qaydalar barəsində məlumat verib. O, təlim iştirakçılarına müəyyən nümunələr göstərib, müxtəlif yazıçıların yaradıcılığında üslub və problemlərə yanaşma tərzlərinə toxunub.

İnteraktiv fikir mübadiləsi şəraitində keçən tədbirdə regionda gənclərin yazar olmağa marağını müəyyən etmək məqsədilə sorğu da aparılıb.

Tədbirin sonunda yazar-ekspert növbəti mərhələ üçün müxtəlif mövzular üzrə gənclərə tapşırıq verib,

Təlimlərin 2016-cı ilin yanvarında keçiriləcək ikinci mərhələsində region gəncləri arasında "mənim hekayəm” adlı müsabiqədə gənclərin yazdıqları 10 hekayə seçilərək kitab şəklində çap olunacaq.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300