Jurnalist Araşdırma Mərkəzinin həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə İbişbəyli Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıb.
Uluyol.info həmin müraciəti təqdim edir:
"Daxili İşlər naziri Ramil Usubova müraciət
Cənab nazir!
Həyat yoldaşım, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən şərlənərək həbs olunan gündən bizim ailəmizə rahatlıq yoxdu. Müxtəlif yollarla iki körpə övladım və mən təhdid altında yaşayırıq.

Tutaq ki, həyat yoldaşım Fikrət Fərəməzoğlu hansısa cinayəti törədib, bəs mənim və iki körpəmin təhdid olunması hansı qanuna və məntiqə sığır?

Mən həyat yoldaşımın heç bir cinayət törətmədiyinə əminəm. O, jurnalistdir. Yazı yazmaq nə vaxtdan cinayət sayılır? Əgər hansısa bir yazısında cinayət elementi varsa, buna hüquqi qiymət vermək üçün məhkəmə var.

Cənab nazir, məlumat üçün bildirim ki, bu təhdidlərdən biri də oktyabrın 15-də gecə saat 01:43 radələrində baş verdi. Belə ki, yaşadığımız mənzilə naməlum şəxs(lər) girmək istəyirdi. Mən hay-həşir salaraq, DİN-in 102 Xidmətinə zəng etdim və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verdim. Onlar da hadisə yerinə gəlib baxış keçirdilər.

Cənab nazir, onu da qeyd edim ki, yaşadığımız binanın ətrafında güvənlik kameraları çoxluq təşkil edir. Yəni sayı 20-dən çoxdur. Hətta bizə qonşu olan şəxsin də evində kamera var ki, bizim qapıya yaxınlaşan hər kəsi görmək mümkündür. Ola bilər ki, həyat yoldaşım "pul alarkən” Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin "kameraları işləməyib", ona görə də ortada heç bir fakt və sübut yoxdur, amma bizim binanın giriş qapısında belə kamera işləyir və binaya kimlərin gəldiyini də aydın müşahidə etmək olur.

Bir də həmin vaxt, yəni gecə 01:43 elə bir vaxtdır ki, binaya giriş az olur və bizi təhdid edənlərin kim olduğunu asanlıqla tapmaq olar.
Ona görə də Sizdən bu məsələni araşdırmağınızı xahiş edirəm”.


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300