Azərbaycan milli valyutası üzərinə tarixi şəxsiyyətlərin şəkillərinin vurulması son günlərin ən çox müzakirə edilən məsələlərindəndir. Maraqlıdır, hansı tarixi şəxsiyyətlərimizin şəklinin milli valyutamız üzərində əks olunması daha məqsədəuyğun və ədalətli olardı?


Moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir bəzi tarixi şəxsiyyətlərin buna daha çox haqqı olduğunu vurğuladı:


"Adətən siyasi tarixdə, dövlətçilik tarixində həlledici simaların şəkilləri milli valyuta üzərinə vurulur. Azərbaycan tarixində böyük rolu olan şəxsiyyətlər, dövlət adamları olub. Onlardan biri Şah İsmayıl Xətaidir. Ruslara qarşı sona qədər müqavimət göstərən Cavad xan, həlledici bir dönəmdə Azərbaycana müstəqillik qazandıran Məmməd Əmin Rəsulzadə, Azərbaycan Cümhuriyyətinin ikinci banisi olan Əbülfəz Elçibəy və bu kimi adamların buna daha çox haqqı çatır. Lakin düzünü deyim ki, belə bir yeniliyin indiki dönəmdə baş verəcəyini o qədər də gözləmirəm. Ancaq bu, bir gün hökmən olacaq”.

 

 

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300