Sabirabad rayonu Cavad kənd sakini Sarıyev Qurban Qudrətəli oğlu və onun oğlu 6-cı sinif şagirdi Sarıyev Qudrətəli Qurban Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralova,  Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova,  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovaya müraciət ünvanlayıb. 

Arqument.Az-a daxil olan müraciətdə deyilir: 

"Mən, Sarıyev Qurban Qudrətəli oğlu, 1970 ci ilin 20 yanvarında Sabirabad rayonunun Cavad kəndində anadan olmuşam. 1991-ci ildən Sabirabad Rayon Təhsil Şöbəsində kiçik mühasib kimi əmək fəaliyyətimə başlamışam. İşlədiyim 25 il müddətində rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və digər formada cəza tədbiri almamışam.

Məlumat üçün qeyd edirəm ki, 2016-cı ilin yanvar ayında mərkəz Sabirabad rayonu olmaqla, 12 saylı Ərazi Regional Maliyyə-hesablama Mərkəzi yaradıldı. Həmin mərkəzə 65 yaşlı texnikum təhsilli, 2002-ci ildə Rusiyanın Cənub Ali Humanitar İnstitutunun BHC691766 nömrəli saxta diplomunu əldə etmiş Elxan Əsədov təyin edilib. E. Əsədovun 2002-ci ildə işlədiyi rayon mədəniyyət şöbəsinin baş mühasibliyi vəzifəsi dövlət qulluğu təsnifatına daxil olduğu üçün o, həmin saxta diplomu əldə edərək 2002-ci ildən 2016-cı ilədək dövlətə xəyanət edərək maliyyə fırıldaqlarına getmiş, dövlət qulluğu ilə külli miqdarda vəsaiti mənimsəmişdi. E.Əsədov pensiyaya çıxarkən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsini aldadaraq dövlət qulluğuna aid edilən pensiya almağa da müvəffəq olmuşdu. Onun tutduğu hazırki vəzifəsi dövlət qulluğu təsnifatına daxil olmadığı halda, Elxan Əsədov 2016-cı ilin yanvar ayında ona saxta diplomla əlaqədər hesablanmalı olmayan əmək haqqını birdəfəlik 6 misli miqdarında müavinəti dövləti aldadaraq alıb.

O, regional idarəyə rəis təyin edildikdən sonra idarənin aparıcı məsləhətçiləri Qasım Məmmədov və Nüsrət Abuşovla əlbir olaraq mənə və bir sıra məktəblərin texniki işçilərinə qarşı yolverilməz formada təzyiq və təhqirlərə keçib". 

Sabirabad sakini yazır ki, mühasibatlıqda 17 nəfər təcrübəli mühasibin işləməsinə baxmayaraq, Elxan Əsədov Qasım Məmmədovun oğlunu bir gün də olsun mühasibatlıqda işləmədiyi halda regional mühasibatlığa böyük mühasib vəzifəsinə təyin edib: "Onu da qeyd edim ki, əmək fəaliyyətimə başladığım vaxtdan Yeni Azərbaycan Partiyasının üzvüyəm. Dəfələrlə Prezident, parlament və bələdiyyə seçkilərində hakim partiyanın müşahidəçisi olmuşam. Böyük qardaşım Sarıyev Hüseynağa 65 saylı Seçki Dairəsinin Cavad kəndi üzrə 1 saylı seçki məntəqəsinin üzvüdür. O biri qardaşım Sarıyev Fikrət Cavad kənd 2 saylı seçki məntəqəsinin üzvüdür. Biz ailə üzvülərimizlə birgə dövlətə etibarla və sədaqətlə xidmət edən əməkçi insanlarıq. E.Əsədov isə əvvəllər müxalifətdə olub, vəzifəyə keçmək və öz müxalifətçiliyini gizlətmək üçün 2016-cı ilin may ayında YAP sıralarına keçib. E.Əsədovun məni 25 iyun 2016-cı il tarixdən heç bir səbəb olmadan işdən uzaqlaşdırılmağımın səbəbi  aparıcı məsləhətçilər Qasım Məmmədov və Nüsrət Abuşovun birlikdə həyata keçirdikləri maliyyə maxinasiyalarından mənim duyuq düşməyim olub.

Onlar heç bir tender keçirilmədən və qaimə-faktura olmadan bazar məzənnəlirindən baha qiymətə hər məktəbə 2-3 paçka olmaqla A-4 format kağızı, bir paçkası 13 man.50 qəpik, diyircəkli qələm, 6-7 ədəd, olmaqla qiyməti 1 man 20 qəpik, elektirik lampası 3-4 ədəd qiyməti 2 man 20 qəpik, həyət  süpürgəsi 2-3 ədəd qiyməti 6 man 40 qəpik, qovluq 3-4 ədəd qiyməti 2 man 20 qəpik və s veriblər. Bununla da həmin bu dəstə dövlətin 100 min manatlarla pulunu mənimsəyib. Məktəb direktorları və müəllimləri könüllü olaraq müxtəlif qəzet və jurnallara abunə yazıldığı halda, Elxan Əsədov bundan istifadə edərək "Azərmətbuatyayım"a, "Suqovşan" qəzeti redaksiyasına və Bakı şəhəri "Təhsil jurnalı" redaksiyasına yığılan nəğd pullara şərik çıxaraq, ümumilikdə 17 min 400 manat pulu köçürmə yolu ilə qanunsuz olaraq həmin müəssisələrin hesabına köçürüb".

"Bunu da qeyd etməliyəm ki, E.Əsədov öz qızını Təhsil Nazirliyinin heç bir razılığı və göstərişi olmadan  rayonun  ən  böyük  məktəbi  olan  N. Gəncəvi  adına  5  saylı  şəhər  tam  orta  məktəbinə  direktor  təyin  etdirib.  Onun  qızı  Könül  Əsədova  həmin  məktəbdə  cəmi   altı  ay  0,5  ştat  həcmində  direktor  müavini  vəzifəsində  işləyib. O, Təhsil  Nazirliyinin  keçirdiyi  direktorlar  üçün  imtahanda  ən  zəif  nəticə  göstərib. E. Əsədov öz  qızına  doqquz ay ərzində  qeyri-qanuni  olaraq,  direktora  aid  olan  əməkhaqqı  ödəyib" - vətəndaş yazır.  

 Sabirbad sakini qeyd edir ki, baş verənlərlə bağlı dəfələrlə ölkə başçısına və dövlət qurumlarına müraciət ünvanlayıb: "Mən  bütün  bunlar  haqda  11  iyun  2016-cı  il  tarixdə  öz  pozulmuş  hüquqlarımın   müdafiəsi  üçün  Azərbaycan  Respublikası  Prezidentinə, Maliyyə  Nazirliyinə, Prezident  Administrasiyasına, Baş Prokurora,  Korrupsiya Qarşı Mübarizə İdarəsinə, Təhsil  Nazirliyinə, Milli  Məclisə, Hesablama Palatasına,  İnsan  Hüquqları  üzrə  müvəkkilə  müraciət  etmişəm. Bundan  sonra   mənə  həmin  şəxslər  tərəfindən  böyük  təzyiqlər  edilməyə  başlandı. Məcbur  olub  yazdıqlarımı  təkzib  etdim  və  yaxın  vaxtlarda məni  işlə  təmin  edəcəklərinə  öz  yaxınlarım  qarşısında  söz  verdilər. Həyəcanlı  vəziyyətdə  olduğumdan  istifadə edib mənə  bir  sənədə  qol  çəkdirdilər.  Sonradan  başa  düşdüm  ki, həmin  sənədin  başlıqında  boş  yerə  işdən  çıxmaq  barədə ərizə  formasına  salıblar.  Artıq  dörd  aydır  ki,  işsizəm.  Bu  vaxt  ərzində  mənim  son  hesab  və  müavinətim  ödənilməyib. Ailədə  yeddi  nəfərik.  Təkcə  mən  evin  təminatı  ilə  məşğulam. Oğlum  Sarıyev  Qüdrətəli 1 sentyabr  2016-cı  il  tarixdən  aidiyyatı  orqanlardan atasının  hüquqları təmin edilmədiyi halda, yuxarıda  qeyd  etdiyimiz   şəxslər ifşa  olunmadığı  halda,  maddi vəziyyəti  nəzərə  alaraq,  bizim  Rusiya və  Gürcüstana getməyimiz  üçün köməklik  göstərilməsini  xahiş  edib. Ona görə də bir daha Prezidentə və aidiyyəti qurumlara müraciət edirəm ki, mənim  pozulmuş  hüquqlarımın  bərpasında köməklik göstərsinlər". 

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //arqument.az

                                                                                                                                                                         Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300