"Bu gün bir qrup hüquq müdafiəçisi, ziyalılar və mətbuat nümayəndələri bir araya gələrək siyasi məhbusların müdafiəsi istiqamətində müzakirələr apardıq. Durumu dəyərləndirib yaxın dövr üçün qarşıda duran vəzifələri müəyyən etdik. Qərara gəldik ki, siyasi məhbusların hüquqlarını müdafiə etmək, onların azadlığa çıxmasına nail olmaq üçün ardıcıl və sistemli iş aparılsın. Bu istiqamətdə görülən işlərin tempi artırılsın və fəaliyyətlər əlaqələndirilsin". 

Arqument.Az xəbər verir ki, bunu hüquq müdafiəçisi Oqtay Gülalıyev feysbukda yazıb. 

Onun sözlərinə görə, toplantı siyasi məhbuslara və onların ailələrinə geniş ictimai müdafiə məqsədilə keçirilir: "Bir sıra çox mühüm qərarlar qəbul etdik. Yəqin ki, yaxın günlərdə həmin qərarların həm icrası, həm də ictimai təqdimatı olacaq. Qərarlarımızdan biri də siyasi məhbuslarla bağlı onların yaxınlarının, vəkillərinin, hüquq müdafiəçilərinin, ziyalıların, ictimai- siyasi fəalların, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə daha geniş çevrədə toplantı keçirmək, problemi yenidən ictimai gündəmə gətirib müzakirə etməkdir. İlk toplantımız 18 oktyabr saat 12:00- da keçiriləcək. Maraqlı tərəfləri, siyasi məhbusların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən şəxsləri, ictimai- siyasi fəalları, siyasi məhbus ailələrini, media nümayəndələrini toplantımızda iştiraka dəvət edirik. Gəlin siyasi məhbusları unutmayaq, onlara dəstək olaq. Nəzərə alaq ki, onların bizim müdafiəmizə ehtiyacları var..."

Qeyd edək ki, tədbir oktyabrın 18-də keçiriləcək. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300