Bakının adı ” dillər əzbəri ” olan bir neçə polis bölmələri var. Belə ki, sovetlər dönəmində də, onlar haqqında əhali arasında yaxşı fikir səslənməyib; Bu gün də belədir. Halbu ki, Azərbaycan polisinin adı son vaxtlar daha yüksəklərdən çəkilir. Amma fəaliyyətləri qeyri- qənaəti bəxş olan belə bölmələrdə baş verən nöqsan ve qanunsuzluqlar bu uğurların üzərinə kölgə salır.


Son zamanlar Bakının bəzi bölmələrində baş verən ürəkbulandırıcı olayların qarşısı alınsa da Yasamal rayon polis idarəsinin 29 -cu polis idarəsində baş verən qanunsuzluqlar keçmişdə olduğu kimi bu gün də öz axarındadır. Aparılan kadr dəyişiklikləri Azərbaycan polis sisteminə baş ucaldıcı uğurlar gətirsə də, 29- cu polis bölməsində baş verənlər bunun əksini deyir. Apardığımız müşahidələr və xəbər portalımıza daxil olan məlumatlar da deyilənlərin təsdiqidir.


Düzdür, 29-cu polis bölməsində də, kadr dəyişiklikləri həyata keçrilmişdir. Lakin, baş veren bu dəyişikliyin adıkeçən bölmənin uğurlarına heç bir müsbət dəyişikliyi olmamışdır. Çünki sözügedən polis bölməsi cinayət və cinayətkarlarla mübarizə aparmaq əvəzinə özü qanunsuz hərəkətlər "yuvasına” çevrilir. Bu bölmənin əksər polis əməkdaşı "pul tələsi” üçün nəinki şikayət predmetinə görə, hətta şikayətçinin özündən belə pul qoparmağa çalışırlar. Səbəb də o göstərilir ki, guya bölmənin inzibati binasında aparılan funtamental təmir işlərini həyata keçirməyi polis əməkdaşlarının üzərinə qoyublar. Və onlar bunu bölməyə üz tutan hər kəsə deməkdən belə çəkinmirlər.
Dəhşətlisi odur ki, burada belə "pul tələsinə” görə, hədə qorxu və təhdit özünün pik həddinə çatıb. Haqqında şikayət verilənlər, eləcə də şikayətçilərin özləri belə, polis bölməsinin kandarındaca müxtəlif təhditlərlə, incidilməyə başlayır. Bölmənin tədqiqatçıları elə ilk növbədəcə heç bir araşdırma aparmadan bura gələnləri binadakı uçuq- sökük saxlama kameralarına salmaqdan belə qorxmurlar. Təhdit və  hədə – qorxu da elə buradan başlayır. Canlarını qurtarmaq istəyənlərə hətta telefon da təklif edilir ki, yaxınları ilə əlaqə saxlayıb tədqiqatçıların istəklərini yerinə yetirsinlər. Çarəsiz qalanlar da qohum – əqrəbalarına yalvarır.
Bütün bunlar faktdır və faktdan qaçmaq olmaz. Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu, Vüsal Qaraşov bu bölməyə rəis təyin edildikdən sonra belə ürəkbulandırıcı hallar baş tutub. Bizim əlimizdə bu barədə kifayət qədər tutarlı fakt olsa da, biz hələlik onları geniş işıqlandırmağa lüzum görmədik. Həm Azərbaycan polisinin baş ucaldıcı uğurları olduğundan, həm də, araşdırma apardığımızdan biz bu faktları dəqiqləşdirməyi, rəsmi qrumlardan açıqlama almağı planlaşdırmışıq.

Qeyd edək ki, Vüsal Qaraşovun dəstəyi, arxa dayağı olan Lənkəranın İcra Başçısı Taleh Qaraşovun   qalmaqallara cəlb olunması və adının daha ağır məsələlərdə hallanmasında, bəzi rəhbər şəxslərin, o cümlədən hüquq-mühafizə orqanlarında çalışanların da rolunun az olmadığı bildirilir. Elə Lənkəranda əvvəl icra başçısının müavini, daha sonra isə təhsil şöbəsinin müdiri təyinatı üçün 150 min manatlıq rüşvət qalmaqalını xatırlatmaq yetər. Bəli, Taleh Qaraşov Kürdəmir, Neftçala və Cəlilabadda ehtiyatlı apardığı talançılıq siyasətini, Lənkəranda firon kimi həyata keçirməyə başladı. O, yaşının və karyerasının belə bir dövründə elə ciddi səhvlərə yol verdi ki, bundan sonra həmin ittihamları üzərindən təmizləmək qeyri-mümkün görünür. Sözsüz ki, bu məsələdə onun tabeliyində olan məmurların, hətta rayonun hüquq-mühafizə orqanlarının da səriştəsiz fəaliyyətləri az rol oynamadı. Lakin Taleh Qaraşov güclü iradə ortaya qoyub, bunlarla bacara bilmədi. Nəticə etibarilə rayondakı bəzi pullu və vəzifəli şəxslərin «ayağı yer» aldı. Onlar artıq Taleh Qaraşova əvvəlki kimi, ciddi yanaşmırlar. Mətbuatda dəfələrlə villalarının şəkilləri qalaq -qalaq yayımlanan , yay istirahəti üçün xarici ölkələrin birində 165,000 manat pul xərcləyərək xarici media orqanlarının diqqətindən yayınmayan Taleh Qaraşovun oğlunun da  nəyə və kimə arxalanaraq belə sərbəst hərəkət etməsi bəlli olur.
Bu yazıda yalnız onu deməyi lazım bildik ki, həqiqətən də, 29 – cu polis bölməsində baş vərənlər, Azərbaycan polisinin nailiyyətlərinə ciddi zərbəyə çevrilir. Onu da nəzərinizə çatdıraq ki, Bakının 8-ci polis bölməsində rəis olarkən etdiyi qeyri-qanuni hərəkətlərə görə tutduğu vəzifədən uzaqlaşdırılan Vüsal Qaraşov 29- cu bölməyə rəhbər gətirildikdən sonra  bu qrumu da 29 oyuna salıb desək, bəlkə də az olardı. Çünkü bölmənin fəaliyyətində elə çatışmazlıqların və nöqsanların şahidi oluruq ki, bu da dediklərimizin qabağcadan təsdiqini tapmasıdır.
Bildiyimiz kimi, ölkə rəhbərinin hüquq mühafizə orqanlarına xüsusi qayğısı var. Lakin bu kimi özbaşnalıqlar vətəndaşlarda ciddi narazılıqlar yaradır və ölkənin hüquq mühafizə orqanlarına, ölkə rəhbərliyinə olan inam və etibarı qırmış olur.

Prezident cənab İlham Əliyevin dövlət məmurları haqqında söylədiyi sözləri də bu yazıya əlavə edirik ki, Taleh Qaraşov və onun yolunu bir növ davam etdirən oğlu, 29 -cu polis bölməsinin rəisi Vüsal Qaraşov bir daha kim olduqlarını və vəzifələrini xatırlamış olsunlar.

"Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”. – Prezident İlham Əliyev

//hia.info.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300