"Belə mənasız sualların müzakirəsi üçün məni İrəvana – KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasına gətizdirmək lazım deyildi".
 
Axar.az "Lragir.am”a istinadla xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin 14 oktyabrda İrəvanda keçirilən toplantısında deyib. 

Sayt qeyd edir ki, Lukaşenko müzakirə olunan məsələlərin prezidentlər səviyyəsində olmadığını açıqlayıb: "Amma Lukaşenko daha bir müqəddəs cümlə işlətdi. O, dedi ki, dünyada heç kim KTMT-ni tanımır. Yəni, təlimlər keçirən hərbi blok mövcuddur, amma dünyada heç kim onu qəbul etmir. Lukaşenkonun sözlərinin altında nə gizlənir? KTMT BMT mandatına sahib olmaq üçün müraciət etdi. BMT-nin komitələrindəki müzakirələrə, gurultulu bəyanatlara baxmayaraq, görünür, BMT KTMT-ə mandat verməyə razı olmadı. Lukaşenkonun dediyi kimi, BMT nəinki mandat vermək istəmir, KTMT-nin nə olduğunu belə bilmir. Rusiya Prezidenti Vladimir Putinin köməkçisinin dəfələrlə qeyd etməsinə baxmayaraq, sammitə qədər NATO və ABŞ-ın yerləşdirdiyi raket əleyhinə müdafiə sistemlərinin KTMT ölkələri üçün təhdid yaratdığı haqda bəyanat verilmədi. İrəvanda KTMT-nin strategiyası qəbul olunub, ancaq mətnə baxanda bunu demək çətindir. Serj Sərkisyanın sözlərinə görə, strategiya NATO və ABŞ təhdidlərinin qarşısının alınması haqda olmalıdır. Lakin açıq bəyanatların verilməməsi tərəflərin bu haqda razılığa gələ bilmədiyini göstərir. Lukaşenko "dünya KTMT-ni tanımır” deyəndə bunu nəzərdə tuturdu”, - məqalədə bildirilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300