Bu gün gecə saatlarında həbsdə olan Jurnalist Araşdırma Mərkəzinin direktoru Fikrət Fərəməzoğlunun evinə daxil olmağa cəhd ediblər.Uluyol.info xəbər verir ki,baş redaktorun xanımı Faiqə Nosrəti sosial şəbəkə üzərindən bunları yazıb:
 
"Təcili: 2 dəqiqə bundan öncə bizim qapımız döyüldü.Mən uşaqları yatızdırırdım.İki dəfə döydükdən sonra qapıya açar saldılar.Ev tərəfdən açar qapının üstündə olduğu üçün açarı sala bilmədilər.Qapıda gözlük yoxdur deyıə,gələn şəxslərin üzlərin görə bilmədim.Deyəndə kimdi,çığırdım bu saat 102-yə zəng edirəm ,sonra qapını tərk etdilər.102 -yə zəng eləmişəm,indi Sabunçu rayonundan polislər gəlirlər.Artıq bizim evimizə hücumlara başlayıblar.Xahiş edirəm bizə kömək edin.Mən nə edim,kimə müraciət edim?Allah bəlanızı versin,qadından,uşaqdan nə istəyirsiniz?gücünüz mənə çatır?!" (16.10.2016-01:42)

Bu gün səhər saatlarında F.Nosrəti bunları əlavə edib: "Bizim binanın hər tərəfi ,girişdə liftlərin qabağında kameralar var. Üstəlik gecə saat 01.42radələrində trafik olan saat deyil ve liftin qabağında insan sıxlığı olmur .Polis əməkdaşları çox rahat şəkildə araşdırma etmək imkanları var .Mən mühafizə xidmətindən həmin saata aid görüntüləri istəsəmdə verməkdən imtina etdilər .Dedilər biz sakinlərə görüntü vermirik.Bu məsələnin araşdırmasını hüquq mühafizə orqanlarından xahiş edirəm.Onların bizə qarşı qəzəbləri davam edir.Binanın görüntüləri bizə təqdim olunmasa, deməli belə çıxır ki, evimizə təcavüz eden an kameralar işləmirdi,hansı ki, Fikrəti həbs edən zaman BMCMİ-sinin kameraları işləməyib ki, Fikrəti pul alan zaman çəksinlər!Dostlardan, jurnalistlərdən xahiş edirəm bu məsələnin paylaşılmasında ,ictimailəşdirilməsində maksimum dərəcədə mənə kömək edin .Bu çox ciddi məsələdir .Bizim həyatımız təhlükədədir".
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300