Goranboy rayon Zeyvə kəndində icra nümayəndəsinin sakinlərə hücum etməsinin videosu yayılıb 

Admiral.az-ın məlumatına görə, videodan görünür ki, icra nümayəndəsi ona etiraz edən sakinlərə şillə, yumruq, təpik atır.

Araşdırmasına görə, sakinləri döyməyə çalışan icra nümayəndəsi İlham Hüseynovdur. O, saytımıza açıqlamasında bildirib ki, bu hadisə 2015-ci ildə baş verib.

İcra nümayəndəsinin sözlərinə görə, videoda əhalinin narazlığına səbəb kənddə su probleminin olmasıdır.

"Ötən il Zeyvə kəndində su qıtlığı yaşanırdı. Əhali yolu kəsmişdi. Biz də gəlib onları ərazidən uzaqlaşdırdıq və yolu açdıq. Orada başqa söhbət ola bilməz. Biz heç kimə əl qaldırmamışıq. Bu videonun da kim tərəfindən çəkildiyini və nəyə görə yaydığını bilmirəm. Amma bununla bağlı lazımı qurumlara müraciət edəcəm", - deyə İlham Hüseynov bildirdi.

Həmin görüntüləri sizə də təqdim edirik:

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300