Polis aksiyanı dağıda bilməyib, icra başçısının vədindən sonra etirazçılar yolu açıb

Bu gün səhər saatlarında Göyçayda polis özbaşınalığına qarşı aksiya keçirilib.

DYP-nin yeni rəisinin fəaliyyətinə etiraz edən sürücülər Göyçay-Bakı yolunu bağlayıblar. Bu haqda "Basta”ya aksiyanın şahidi olmuş Əsgər Əliyev məlumat verib. 

"DYP-nin yeni rəisi Vüqar Qasımov yeni qaydalar qoyub. 30 yaşlı bir uşaqdır, əvvəl Binəqədidə işləyib. O, Göyçaya rəis gələndən sürücülərdən kütləvi pul yığırlar. Onsuz da kasıb durumda olan insanları bir də DYP əməkdaşları soyurlar. İnsanları adi kəmərə görə yolda saxlayıb polisə aparırlar. Orda incidirlər, sonra 500 manat, 1000 manat pul alıb buraxırlar. Növbəti belə bir əməl insanların küçəyə çıxmasına səbəb olub”, – Əsgər Əliyev bildirib.

"Fizuli adlı bir sürücünü saxlayıblar. Heç bir səbəb olmadan onu polisə aparıblar. Fizuli DYP rəisindən soruşub ki, "sən bura Göyçaya divan tutmağa gəlmisən”, o da cavab verib ki, "bəli, divan tutmağa gəlmişəm”. Bundan sonra insident yaranıb. İnsanlar görəndə ki, polislər Fizulini döymək istəyir, onu müdafiə ediblər. Bundan sonra şöbənin qarşısına yüzlərlə insan toplaşdı. Yollar bağlandı. Polis aksiya dağıltmaq istəsə də, bacarmadı. Bundan sonra hadisə yerinə icra başçısı Mehdi Səlimzadə gəldi. O, dedi ki, yeni rəisin bu özbaşınalığından xəbəri olmayıb. Söz verdi ki, buna son qoyulacaq. Bundan sonra aksiya iştirakçıları yolu açdılar”, – mənbə bildirib.

Uluyol.info


14713607_610599919121726_4853247544383075992_n

14753713_1102587039790564_2267286782616864215_o

14731264_610600025788382_4701342288083536023_n

14713787_610599902455061_6411676881766062421_n

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300