"40 ildir rol arxasındayam gözümüzü açıb bu yolu belə görmüşük"

Yevlax - Oğuz magistral yolu hərəkət üçün bərbat vəziyyətə düşüb.

ARB TV xəbər verir ki, Oğuz-Yevlax magistral yolu sonuncu dəfə 1970-ci illərdə təmir olunub. Yol ətrafındakı kəndlərdə yaşayan 7 mindən çox sakin gündəlik işə, məktəbə, rayon mərkəzinə bu dağınıq, çala-çuxurlu yoldan istifadə edərək getmək məcburiyyətində qalırlar. Xüsusilə, yağış yağan zaman yaranan iri gölməçələr və bataqlıqlar buradan avtomobil və piyadaların hərəkətini mümkünsüz edir.

Sakin - 40 ildir rol arxasındayam gözümüzü açıb bu yolu belə görmüşük. Birinin xəstəsi olur xəstəxanaya çata bilmir, birinin evi yanır yanğın söndürənlər gəlib çata bilmir.

Sakin - Hansı bir maşınla gəlirsənsə, bura gəlmək istəmirlər. Xaiş edirəm bu yol barədə bizə kömək edəsiniz.

Bu yol avtomobillərin qənimidir desək, yanılmarıq. Hərəkət zamanı saysız-hesabsız çuxura düşən avtomobillər vaxtaşırı ustaya aparılır. Sürücülər artıq usta yanına getməkdən bezdiklərini deyirlər.

Doğrudur, vaxtaşırı bu çuxurlar qum və çınqılla doldurulur. Ancaq bu, problemi birdəfəlik həll etmir. Necə deyərlər, yağış yağan kimi əvvəlki vəziyyət yaranır. 11 saylı Yol İstismar MMC-dən verilən məlumata görə həmin yol  Regionların Sosial iqtisadi proqramına salınıb. Yaxın vaxtlarda yolun yenidən tikintisinə başlanacaq.

Sakinlərə isə qalır bir az da səbr etmək. Çünki, onlar da bir müddət sonra rahat, hamar yollarda işə, məktəbə gedə biləcəklər.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300