Havadan üçüncü dünya müharibəsinin iyi gəlir. 

 AzVision.az xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd "Komsomolskaya Pravda”ya müsahibəsində bildirib. 

"Bu gün biz soyuq müharibə dövründə inkişaf mərhələsinə bənzəyən vəziyyəti müşahidə edirik. Suriya isə bu müharibənin yalnız bir hissəsidir”, - deyə Əsəd Suriyada son günlər gərginliyin artması barədə danışarkən bildirib. 

Əsədin fikrincə, Qərb, xüsusilə də ABŞ SSRİ-nin dağılmasından sonra belə soyuq müharibəni dayandırmayıb: "Hazırda ABŞ-ın əsas məqsədi dünya üzərində Birləşmiş Ştatların hegemoniyasını saxlamaq, Rusiya və hətta Qərbdən olan tərəfdaşlar belə daxil olmaqla, heç kimə siyasi və ya beynəlxalq arenada tərəfdaş olmağa imkan verməməkdir”.

Əsəd müsahibəsində Rusiya, İran və "Hizbullah” şiə hərəkatını Suriyanın daimi tərəfdaşları adlandırıb: "Məhz bu qüvvələr Suriyaya qanuni yolla gəliblər. Onlar terrorçulara qarşı döyüşürlər. Lakin digər ölkələr də var ki, onlar məsələyə terrorçuları dəstəkləmək üçün müdaxilə edirlər”. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300