İraqda İŞİD-in məhv edilməsi üçün son mərhələ başladılıb.
 
Axar.az xəbər verir ki, bunu İraq Baş naziri Heydər Abadi Kərkük valisi Nəcməddin Kərim ilə görüşündə deyib.
 
O, İŞİD-in nəzarətində olan Havicə mahalının tez bir zamanda azad ediləcəyini bildirib:
 
"Türkiyə başda olmaqla, qonşu ölkələrə sülh şəraitində yaşamaq istəyirik. Heç kimin torpaqlarında gözümüz yoxdur. İŞİD xaricdən gəlib ərazilərimizi işğal etdi. Çox qəribə durum yaranıb. İŞİD-in sonu yaxınlaşdığı zamanda nə üçün əməliyyatlarda iştirak etmək istəyirlər? Terrorçuların xalqımızı öldürdüyü ilk vaxtlarda nə üçün yardıma gəlmədilər?”.
 
Qeyd edək ki, İraq hökuməti türk ordusunun Başikada olması ilə heç cür barışa bilmir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300