emblem

Müsavat Partiyası hakimiyyətin AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsini pisləyən, siyasi məhbusların azadlığını tələb edən bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən daxil olan bəyanatın tam mətnini sizlərə təqdim edirik:


Müsavat Partiyasının

BƏYANATI

Dünən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs edilib.

Məlumata görə, Fuad Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1- (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Nəsimi rayon məhkəməsi Fuad Qəhrəmanlı haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.

Fuad Qəhrəmanlının rəsmi olaraq sosial şəbəkələrdə yazdığı fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edildiyi elan olunub.

Fuad

Müsavat Partiyası Fuad Qəhrəmanlının həbsinin Azərbaycan hakimiyyətinin ifadə azadlığına qarşı apardığı ardıcıl fəaliyyətin davamı kimi qiymətləndirərək qəti şəkildə pisləyir,  hakimiyyətdən fərqli düşünənlərə qarşı siyasi repressiya tədbirlərinə son qoyulmasını, Azərbaycan xalqı və beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə əməl olunmasını, Fuad Qəhrəmanlı və digər siyasi məhbusların həbsdən azad edilməsini tələb edir.

09 dekabr 2015-ci il

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300