Türkiyənin məşhur "Qurdlar Vadisi Pusu” serialını çəkən "Pana Film” studiyası hərbi çevrilişlə bağlı istintaqa cəlb olunub.

 

Axar.az xəbər verir ki, iyulun 15-də Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən əvvəl "Qurdlar Vadisi Darbə” markasının alınması üçün Patent İnstitutuna müraciət edən "Pana Film” studiyasına cinayət işi açılıb.

 

İnstitutun rəhbəri, professor Həbib Asan prokurorluğa göndərdiyi yazıda bu sözləri qeyd edib:

 

"Bildiyiniz kimi, FETÖ iyulun 15-də ölkəmizdə demokratik düzəni zorla dəyişmək istədi. "Pana Film”in "Qurdlar Vadisi Darbə” markası üçün müraciəti məhz hadisədən əvvəl olduğu üçün burada şübhəli məqamlar olduğunu düşünürük”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300