25 İL KEÇDİ!

Düz 25 il bundan əvvəl – 1991-ci ilin 14 oktyabr günündə Türkiyə dövlətinin dəvəti ilə AXC-nin 50 nəfərlik tələbə karvanı Türkiyəyə təhsil almağa yola düşdü. O qutlu gündən qoca bir 15 il keçdi. Bir igidin ömrü. 50 nəfərin hamısı olmasa da böyük əksəriyyəti təhsillərini bitirib ölkəyə xidmətə qayıtdı. Hamısı olmasa da, əksəriyyəti öz sahələrində uğur qazanan insanlar oldu.

Belə bir hadisə 1918-ci ildə də baş vermişdi. O zaman Azərbaycan Demokratik Cümhuriyyəti 100 tələbə göndərsə də, o tələbələrin əksəriyyəti Vətənə qayıda bilməmiş, ömürlərini də orada başa vurmuşdular. Belə bir tale 1991-ci ildə də yaşana bilərdi. 1991-ci ili "QKÇP”-si olanda AXC-nin göndərməyə çalışdığı 50 nəfərlik qrupun da taleyi elə ola bilərdi. Sonra da bir neçə dəfə elə situasiyalar yaşandı.

Aradan keçən bu 25 ilin xatirələrini müzakirə etmək üçün o tarixi imtahanın bütün əziyyətini çiyinlərində daşıyan Ellada Məmmədlini, həmin 50 nəfər tələbənin bu gün ictimaiyyət tərəfindən tanınan iki nümayəndəsini – Ələsgər Əhmədoğlunu və Əvəz Zeynallını studiyamıza dəvət elədik. O illərin xatirələrini bölüşdük.

Bu gün münasibətilə 50 nəfərin hamısını təbrik edirik. İndi ölkənin və dünyanın müxtəlif ölkələrində yaşayan bu insanların hamısının ürəyi bu Vətənlə bağlıdır. Bu tələbələrin Türkiyəyə yolunu açan Əbülfəz Elçibəyi minnətlə xatırlayırıq. 50 nəfəri ilk dəfə bu gün – 14 oktyabrda Türkiyəyə aparan Vurğun Əyyubu, Sabit Bağırovu,Nəsib Nəsibzadəni,Ələsgər Siyablını xoş xatirələrlə anırıq. Onları Türkiyədə qarşılayan, əziyyətimizi çəkən Azərbaycan Kültür Dərnəyinə – başda Cəmil Ünal bəy olmaqla, mərhum Məhəmməd Kəngərliyə, Əhməd Qaracaya, Süleyman bəyə,İsa yaşar Tezele ,Selcuk Alkina,Mehmet Müştaqa, Kral Bilənə, adını çəkmək imkanımız olmayan onlarla adama təşəkkür edirik. Burada bütün əziyyətləri çəkən AXC-yə, onun rəhbərliyinə, hər məşəqqətə qatlaşıb böyük yolda olan gənc tələbələrə ana-bacı olan Ellada Məmmədli xanıma nə qədər minnətdar olsaq azdır. İmtahan zamanı tələbələrə yardımçı olan o zamankı AXC gəncləri Arzu Səmədbəyliyə,Ülvi Həkimoğlu,Cahandar Bayoğluna, Oktay Qasımova və adını saymağı unutduğumuz digər bəylərə ayrı bir şükranlıq duyğusu bəsləyirik.

25 il əvvəl bu gün Türkiyəyə təyyarə ilə uçanda onları nələrin gözlədiyini bilirdilər. Elə də oldu. Millətin və dövlətin xidmətindədirlər indi!
Sənə minnətdarıq, Azərbaycan!

 

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300