Bu gün Milli Qəhrəman Samit İmanovun ad günüdür.

Uluyol.info xəbər verir ki,İmanov Samit Gülağa oğlu 14 oktyabr 1981-ci ildə Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olub.1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirərək Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib.

Döyüş qabiliyətinin artırılması istiqamətində onlarla kurslarda iştirak edən qəhrəmanımızın həyat yolunda : :Türkiyə Cümruhiyyətində "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarında,  "Anadolu-2007", "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərində, Pakistanda "Ləpirçi və antiterrorist" kurslarında, İsveçrə krallığında "Dağ təlimi" kursunda, Rumuniya Respublikasında "Dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib.

2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin muavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb.

Qısa bir xidməti müddətdə 6 medalla təltif olunan azsaylı hərbçilərdən olub.

Mayor Samit İmanov xüsusi təyinatlı hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandan köməkçisi vəzifəsini icra edib. 2014-cü il avqust ayında erməni təxribatının qarşısını almaq ücün Samitin dəstəsi əməliyyat keçirmiş, 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdı.

2016-cı ilin aprelin 3-dən 4-nə keçən gecə ömrünü vətənə, millətinə həsr etmiş zabitimizin son döyüşü olub.

Mayor Samit İmanovun və komandiri, şəhid polkovnik-leytenant Murad Mirzəyevin başçılıq etdiyi qruplar düşmən təxribatlarının qarşısını almaq üçün komandanlığın əmrinə əsasən Talış yüksəkliklərindəki erməni postlarını darmadağın ediblər, onlarla düşmən əsgəri məhv edilib.

Atışmada qəhrəman zabitimiz çiynindən və ayağından yararalanıb. Samit bu gün yaşaya bilərdi bəlkə də, onda yüksək zabit və komandirlik qüruru olmasaydı. Atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından çıxarmasına etiraz edib, yaralı gizirin çıxarılmasını əmr edib. Əsgərlərinin etirazına baxmayaraq əmrin icra edilməsi üçün qəti göstəriş verib.

Ərazidən uzaqlaşan qrup təhlükəli olmasına baxmayaraq, tez zamanda yenidən oraya qayıdıb, amma komandiri yerində tapa bilməyiblər. Gecədən səhərə qədər axtarışlar nəticə verməyib. Bununla belə, cəsur komandirin cəsur əsgərləri həyatlarını riskə ataraq günün-günorta çağı, döyüş gedə-gedə ərazini yenidən axtarıblar və bir kolluqda komandirin cansız bədəni ilə qarşılaşıblar. Cəsur komandir mayor Samit İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra düşmən əlinə keçməmək üçün yaralı halda kolluqda maskalanıb və qumbaranı sinəsi üstündə saxlayaraq arxası üstə uzanıb. Amma aldığı yaralardan axan qan ölümünə səbəb olub, gözlərini canından artıq sevdiyi vətəni, milləti üçün birdəfəlik yumub.

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə mayor İmanov Samit Gülağa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Buna qədər isə bir neçə dəfə xüsusi fərqləndiyinə görə təltif edilmişdir:

"Qüsursuz xidmətə görə"medalı 3-cü dərəcə(10il)

"Qüsursuz xidmətə görə"medalı 2-ci dərəcə(15il)

"Hərbi xidmətdə fərqlənməyə görə"medalı 3-cü dərəcə

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı 2-ci dərəcə

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi(1918-2008) " yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illliyi(1918-2013)" yubiley medalı

"Qızıl Ulduz"medalı 2016-ci il.

Mayor Samit İmanov ailəli idi,1qızı və 1 oğlu yagidar qaldı.

 ıgıd

Mayor Samit İmanov 9 aprel 2016-ci ildə Neftçalanın şəhidlər Xiyabanında dəfn edilmişdir.

Allah rəhmət eləsin.


Milli Qəhrəman Samit İmanovun ad günüdür-FOTO

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300