"Mosulu İŞİD-dən azad etmək üçün başladılacaq əməliyyatda Haşdi Şəbi qruplaşmasının iştirak etməsi böyük fəlakət olacaq və böhrana yol açacaq.”

Avropa.info xəbər verir ki,  bu sözləri mətbuata açıqlaması zamanı Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib.

Adil əl-Cübeyr mətbuata açıqlaması zamanı Türkiyə ilə Körfəz ölkələri arasındakı əməkdaşlıq başda olmaqla bir çox məsələyə münasibət bildirib.

Türkiyə ilə Körfəz Əməkdaşlıq Şurasının arasındakı sərbəst ticarət bölgəsinin yenidən həyata keçirilməsi ilə bağlı həmfikir olduğunu vurğulayan əl-Cübeyr sərbəst ticarətin bütün sahələrdə həyata keçirilməsinin hər iki tərəfin mənfəətinə olacağını və əlaqələrin yaxşılaşmasına müsbət təsir edəcəyini deyib.

İraqda 2014-ci ildə keçirilən islahatların əslində bütün qrupların mərkəzi rəhbərlik daxilində yer almasını əhatə etdiyini, ancaq bunun həyata keçirilmədiyini deyən əl-Cübeyr bu vəziyyətin əslində ortaya çıxan problemlərin təməlini təşkil etdiyini bildirib.

Haşdi Şəbi msilahlılarının İrana bağlı olduğunu və bir çox cinayətlərdə izi olduğunu deyən xarici siyasət idarəsinin rəhbəri sözlərinə belə davam edib:
"Haşdi Şəbi Mosula girsə böyük bir böhran və fəlakət olacaq. Fəllucəyə girdiyi zaman da bilirsiniz böyük zülmlər, kütləvi qırğınlar etdi bu qrup. Bu da oradakı məzhəb problemin şiddətlənməsinə səbəb oldu. İraq üçün ən xeyirlisi Mosulun azad edilməsi əməliyyatında öz milli ordusunu və oradakı yerli xalqı istifadə etmək olacaq. Yəni İŞİD-dən xilas olmaq və axan qanın dayanmasını istəyirsə İrana ya da Haşdi Şəbiyə yaxın ya da həddindən artıq radikal qruplardan istifadə etməməlidir. Türkiyənin etdiklərindən də heç bir zaman şübhəmiz olmamışdır. Türkiyənin Suriya mövzusunda dünyagörüşünün heç bir zaman dəyişmədiyini və bu böhranın həlli mövzusunda iki ölkənin mövqeyi eynidir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300