İslandiya prezidenti və mediası Türkiyənin futbol üzrə milli komandasının üzvlərinə minnətdarlığını bildirib.

Uluyol.info  "A24.Az"-a istinadən xəbər verir ki, futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ötən bazar günü keçirilmiş İslandiya-Türkiyə matçından əvvəl təşkil olunan start mərasimindəki davranışları Türk futbolçuları diqqət mərkəzinə gətirib. Məlumata görə, oyundan əvvəl azyaşlı uşaqlarla meydançaya çıxan Türkiyə millisinin üzvləri balacaların üşüdüklərini görüb öz gödəkçələrini onlara geydiriblər. Bu hərəkəti diqqətdən qaçırmayan İslandiyanın ən nüfuzlu "Morgunbladid” və "Visir” nəşrləri baş verənləri "Türk futbolçuların böyüük ürəyi var” və "Düşünceli Türk futbolcular” başlıqları ilə təqdim edib. İslandiya prezidenti Qudni Yohannesson isə bu davranıştan duyduğu məmnunluğu belə ifadə edib: "Oyun zamanı hava çox soyuq idi. Oyunçularınız gödəkçələrini verərək tək yanlarındakı uşaqları deyil, İsland xalqının qəlbini də isindirdilər”.

Video Player
 
00:00
00:54

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300