Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər layihəsi müzakirə edilib.


Gununsesi.info xəbər verir ki,  Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində Azərbaycanda islam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən aparıldığı halda 2000 manatdan 5000 manatadək cərimə yaxud bir ilədək müddətdə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunması təklif edilib.


İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsinə, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənarda yerləşdirilməsinə görə vətəndaşların 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslərin 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək cərimə olunmaları öz əksini tapıb.

Eyni zamanda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin 2000 manatdan 2500 manatadək cərimə olunmaqla inzibati qaydada Azərbaycan hüdudlarından kənara çıxarılmaları təklif olunub.


Hər iki layihə MM-in plenar iclasına tövsiyə edilib.

 

 

Uluyol.info 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300