Bu ilin əvvəlindən indiyədək dəm qazı zəhərlənməsi ilə Respublika Toksikologiya Mərkəzinə 224 xəstə gətirilib.

Bunu Mərkəzin baş həkimi Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənmələr xüsusilə oktyabr ayından qeydə alınır. Bu ayın sonlarından aprelədək müraciətlər daxil olur.
 
A.Maqsudov bu ilin 9 ayında ümumilikdə 1605 müraciət daxil olduğunu da deyib. "823 nəfər zəhərlənmə diaqnozu ilə gətirilib. Onların arasında intihar məqsədilə və ya təsadüfən sirkə turşusu içənlər, dərmanın əlavə təsirindən zəhərlənənlər, ilan sancmaları və qaraqurd sancmaları da var. Məsələn, yay mövsümündə 82 nəfəri ilan, 10 nəfəri isə qaraqurd sancıb”,-A.Maqsudov əlavə edib. (virtualaz.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300