CNN telekanalına müsahibə verən Rusiya XİN rəhbəri Sergey Lavrov jurnalistə verdiyi cavabla bütün dünya mətbuatının manşetini zəbt edib.
 
Axar.az xəbər verir ki, xanım jurnalist Rusiyadakı "Pussi Riot” skandalına eyham vuraraq Lavrovdan Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın "pussi riot situasiya”sına necə baxdığını soruşub.
 
Lavrovun cavabı xanım jurnalisti çox güldürüb:
 
"Bilmirəm... İngilis dili mənim ana dilim deyil. Sizin seçki kampaniyanızda o qədər "pussi” var ki, mən heç bilmirəm necə cavab verim”.
 
2012-ci ilin fevralında Rusiyada "Pussi Riot” adlı qızlardan ibarət pankm qrupu İsa Məsihin məbədinin önündə "Məryəm ana, Putini qov!”şüarı ilə aksiya keçirmişdi. Bundan sonra qrupun üzvləri xuliqanlıqda ittiham olunaraq həbs olundu.
 
Jurnalist Trampın "pussi riot situasiyası” deyərkən, prezidentliyə namizədin qadınları təhqir etməsi və ABŞ-ın 42-ci prezidenti Bill Klintonun öz qadınlarını seçki kampaniyasına qatmasını nəzərdə tutub.
 
Lavrov isə "pussi” sözünü ABŞ və İngiltərədə söyüş kimi istifadə olunan sözlə səhv salıb.
 
Videonu təqdim edirik:

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300