"Pana Film” "Qurdlar Vadisi” serialındakı məzarlıq səhnəsi ilə bağlı açıqlama verib.

 

Uluyol.info "axar.az"-a istinadən xəbər verir ki, "Pana Film” açıqlamasında şirkətin açıq-aşkar hədəf alınaraq böhtana məruz qaldığını bildirib.

 

"Haqqımızda məhkəməsiz edama səbəb olan, həqiqəti əks etdirməyən saxta sübutlar hazırlayaraq, "Deməsəm olmaz” adlı proqramın böhtan xarakterli yayımlarına qarşı bir çox önəmli məlumatları paylaşmağımız vacibdir. 

 

Təqribən 13 ildir ki, yayımlanan və izləyicilərin könlündə ayrı bir yer tutan "Qurdlar Vadisi”nin hədəf alındığı səhər proqramında 4 il əvvələ aid – 159-cu bölümündəki məzarlıq səhnəsinə böhtan atılıb. Bu bölüm İstanbulda Anadolu Yakası Çəkməköy-3 bölgəsində yerləşən bir qəbiristanlıqda çəkilib. "Deməsəm olmaz” proqramının işçilərinin çəkdikləri qəbiristanlıqla heç bir əlaqəsi yoxdur. Xatırladılan bu bölümdə "gasılhane” səhnəsi çəkiləcəyi üçün həqiqətə uyğun olaraq heç bir ünsürü dəyişdirməmişdik, ona görə də sözügedən səhnə kadrda yer alıb. Bunun fərqinə varan "Deməsəm olmaz” proqramının səlahiyyətliləri başqa bir qəbiristanlığa – Ümraniyə Qocatəpə məzarlığına gedərək çəkiliş ediblər, böhtan atmaq üçün saxta dəlillər hazırlayıblar və ictimaiyyəti yanıltmaq, bizi haqsız şəkildə hədəf göstərmək üçün vizual mətbuatın adi gücünü pisə doğru istifadə ediblər. Proqram aparıcıları günah etdiklərini bilə-bilə əməllərini mediada əks etdiriblər. 12.10.2016 tarixli "Deməsəm olmaz” səhər verilişinin aparıcılarından olan Nihat Doğan tərəfindən ölümlə təhdid olunmuşuq. Digər aparıcı Ömür Varol isə serialın heç bir kanalda yayımlanmayacğını deyib".

 

Xatırladaq ki, Bəyaz TV-nin "Deməsəm olmaz” verilişinin heyəti "Qurdlar Vadisi” serialının 159-cu bölümündə qəbiristanlıqdakı "Ərdoğan” adlı qəbirə görə süjet hazırlamış, həmin kadrların lentə alındığı yerə getdiyini və sözügedən qəbir daşının üzərində başqa adın yazıldığının şahidi olduğunu vurğulamışdı.

 

Məsələ ilə bağlı Bəyaz TV-nin şərhçisi Nihat Doğan Prezident Rəcəb Tayyib Ərdoğana müraciət də etmişdi: "Ərdoğanı diri-diri torpağa basdırdınız. Hörmətli prezidentimiz, bunları görün! Ola bilsin ki, sizə düzgün informasiya çatdırmırlar. Lakin biz buradan səslənirik. Dostunuzu və düşmənizi yaxşı tanıyın. Bununla onlar subliminal mesajlar verirlər. Məhkəmə lazım olan tədbirləri görməlidir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300