Türkiyə rəsmi Dəməşq və Bağdadla əlaqələrini gücləndirməlidir.

 

Axar.az xəbər verir ki, bunu mediaya açıqlamasında Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi general İsmayıl Hakkı Pekin söyləyib.

 

Onun sözlərinə görə, ABŞ-a istiqamətlənən siyasət Ankaranın maraqlarına cavab vermir:

 

"Putinlə keçirilən görüşlər Türkiyənin Suriya siyasətində dəyişiklik başladığını göstərir. Ankaranın bu ölkədə daha ehtiyatlı hərəkət etməsinə ehtiyac var. Ölkənin Suriya siyasəti tez bir zamanda dəyişə bilməz. Ona görə ki, burada oyunçu sayı çoxdur. Suriyada ABŞ, İran, Rusiya və digərləri var. Üstəlik, Türkiyənin ABŞ-ı birbaşa özünə düşmən edərək hərəkətə keçməsi mümkün deyil. Buna görə də Rusiya, İran, Suriya, İraqla birgə hərəkət etməlidir. Vaşinqtonun strategiyası Suriyanı parçalamaqdır. Bu, Türkiyənin parçalanmasına səbəb olacaq. Parçalanan Türkiyə isə nə Qərbin, nə də Rusiyanın işinə yarayacaq. Türkiyə Bağdadla dost olmaq yerinə onu özündən uzaqlaşdırır, bu isə ABŞ-a sərf edir. Türkiyə İraqın yenidən bərpasında əsas söz sahibi olmalıdır. Çünki biz qonşuyuq və oradan gələn təhdidlə üz-üzəyik. Üstəlik, Ankara yeni osmanlıçılıq siyasətindən əl çəkməlidir. Bunu həyata keçirmək üçün gücümüz yoxdur. Əgər inad edib arxasınca getsək, Türkiyə, İraq, Suriya parçalanacaq. Nəticədə ABŞ-ın Böyük Ortaşərq Layihəsinə dəstək vermiş olacağıq”. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300