"Fərat qalxanı" əməliyyatının 50-ci günündə İŞİD hədəflərinə sarsıdıcı zərbələr endirilib.
Axar.az xəbər verir ki, İŞİD terrorçuları həm qurudan, həm havadan vurulur.
Azad Suriya Ordusu (ASO) Türkiyənin dəstəyi ilə İŞİD-in nəzarəti altında olan Kafrah, Suran, İhtimalat və Duvaybi kəndlərini mühasirəyə alıb. Terrorçuların müqavimətini qırmaq üçün hərbi təyyarələr havadan, qurudan isə tanklarla və "Fırtına" topları ilə İŞİD-ə zərbələr endirilir.