tofiq ilqar0

Şəki Apelyasiya məhkəməsi Müsavat başqanının müavini Tofiq Yaqublu və Real Vətəndaş Hərakatının sədri İlqar Məmmədovun şikayəti üzrə prosesi fevral ayının 25-nə təyin edib.

Bu haqda "Basta"ya məlumat verən vəkil Nemət Kərimli məhkəmənin bu qədər yubadılmasının Cinayət Prosessual Məcəlləyə zidd olduğunu bildirib:

"Məcəlləyə görə 30 gün ərzində şikayətin araşdırılmasına başlanmalıdır. Müstəsna hallarda bu müddət 45 gün ola bilər. Amma Tofiq Yaqublu ilə İlqar Məmmədovun işində hər hansı müstəsna hal yoxdur. Hətta 45 gün müddətini əsas götürsəydilər belə, məhkəmə yanvar ayının ortalarında başlamalı idi. Məhkəmənin fevralın 25-nə təyin olunması Cinayət Prosessual Məcəlləsinə ziddir".

Nemət Kərimli bu qanunsuzla bağlı şikayət verəcəyini bildirib.

Qeyd edək ki, bu şikayət Şəki Apelyasiya Məhkəməsinə Ali Məhkəmədən qaytarılıb. Ali Məhkəmə şikayət üzrə bundan əvvəl Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edərək, işi yenidən Şəki Apellyasiya məhkəməsinə qaytarmışdı.

Nemət Kərimlinin fikrincə, "istər Ali Məhkəmə, istərsə də Şəki Apelyasiya Məhkəməsi bu qanunsuz qərarlar vasitəsilə vaxtı uzatmaq, Avropa Məhkəməsinə şikayətin verilməsini yubatmaq istəyirlər".(bastainfo.com)

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300