İsrail bir sutka müddətində özünü dünyadan təcrid edib.

Avropa.info xəbər verir ki, Yom Kipur günü münasibəti ilə ölkədəki normal fəaliyyət dayanıb, təhlükəsizlik tədbirləri gücləndirilib. Yom Kipur yaxud Hesab günü adı alan gün yəhudi dini ənənəsindən gəlir və bu gün axşamadək davam edəcək.

Bu gündə dindar yəhudilər keçən il ərzində etdiklərinin hesabatını aparır, oruc tutur, dünyəvi həzləri unutmağa çalışırlar. Gün xüsusi dualarla müşayiət olunur.

İsrail Yom Kipur münasibətilə sərhəd-keçid məntəqələrini də bağlayıb. O cümlədən İordan çayının qərb sahili və Qəzza zolağı da izolyasiya edilib. Ölkədə mağazalar, restoranlar işləmir, nəqliyyat dayanıb, radio və telekanallar yayımı dayandırıb. Aeroportlar və limanlar belə işləmir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300