2018-ci il Dünya Futbol Çempionatının Asiya üzrə seçmə mərhələsi çərçivəsində İran İslam Respublikası və Koreya Respublikası milli komandaları oktyabrın 11-də Tehranın Azadi arenasında qarşılaşıb.


Hedef14.org-un İRİB-ə istinadən verdiyi xəbərə görə, "Ya Hüseyn! Ya Əba Əbdillah!" və digər Aşura ilə bağlı şuarlarla başlayan oyunun sonuna qədər belə atmosfer davam edib.


Fasilədə isə meydançanın mərkəzinə çıxan mərsiyəxan Kərbəla vaqeəsi haqda rövzə və mərsiyə oxuyub. Tamaşaçılar da onun səsinə səs verib.


Beləliklə İran rəsmilərinin daha öncə vəd etdikləri kimi, Azadi arena dünyanın ən böyük hüseyniyyəsinə çevrilib.

 

Matça gəldikdə isə, İranın üstünlüyü ilə keçən oyunda ev sahibləri 25-ci dəqiqədə Sərdar Əzmounun  vurduğu qolla 1-0 hesabı ilə qalib gəlib.


Beləliklə İran millisi Koreyanı 3 xal üstələyərək qrupda 10  xalla vahid lider olub.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300