Dənizdə baş verən faciəyə Elmi-ladün baxışı,riyazi hesablamalar,Qurani-Kərimdən ayələr:
Hələ astronomiya elmi yaranmamışdan çox əvvəllər kahinlər və bilicilər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların üzərində təhlillər aparmışlar. Nəhayət belə maraqlı bir nəticə əldə etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı ( və yaxud 6585 sutkanı) əhatə edir.

Sonralar astronomiya elmi bu dövrü "saros dövrü" adlandırdı.

Maraqlıdır ki, bir qayda olaraq hər "saros dövründə" 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur.
Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlər təsadüfdürmü?

Quran məntiqinə görə həyatda təsadüf yoxdur. Elə isə sual yaranır: niyə məhz 28 və 43?

Maraqlıdır ki, nə bunu kəşf edən kahinlər, nə də faktı təsdiq edən astronomiya elmi indiyədək bu suala cavab verə bilməyib. Elə isə gəlin bu suala Elmi-ladun işığında cavab tapmağa çalışaq.

Buradakı 71 astronomik hadisə, yerin dərya hissəsinə işarədir: yerin 71 %-i sudur. Dəryadan söhbət düşəndə gözlərimiz önünə ilk növbədə gəmi və Nuh (ona salam olsun) gəlir. Təsadüfü deyil ki, Quranın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). 71-ci surənin (Nuh) 28 ayədən ibarət olması isə, saros dövründəki 28 (!) Ay tutulmasının açarıdır.
71 - 28 = 43 hesablaması ilə bu dövrdə 43 (!) dəfə baş verən Günəş tutulmasının da sirrini açmaq olur!

"Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!" - deyə öz tayfasına Peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) qorxudan bir Peyğəmbərəm". Quran, "Nuh" surəsi.

Burada diqqətinizi təkrar Xəzərdə baş verən qasırğaya və nəticədə Günəşli yatağındakı faciəyə yönəltmək istəyirəm. Maraqlıdır ki, DƏRYAdakı bu tufan 27 sentyabr 2015-ci ildə baş verən Ay tutulmasının 71-ci (!) günüdür ki, bu da diqqətimizi NUH surəsinə, tufana və 71 astronomik hadisəyə yönəldir! (Xatırladım ki, həmin vaxt Ay qan rəngində olmuşdu. hansı ki, belə hadisələr 33 ildə bir dəfə baş verir.)

Keçən ay baş verən bir hadisəni də yadınıza salmaq istəyirəm: noyabrın 6-da Xəzərdə estakada uçmuş, nəticədə dəryada boğulan və yaralanan olmuşdu. Dekabrın dördündəki TUFAN bu hadisənin 28-ci günü baş vermişdi ki, bu da yuxarıda qeyd etdiyim 28 Ay tutulmasına və NUH surəsinin ayələrinin cəminə işarədir.

Daha bir hadisəni yadınıza salmaq istəyirəm: bu il oktyabrın 22-də Türkiyədə İldırım əsgərləri vurmuş və nəticədə 4 nəfər ölmüş, 11 nəfər yaralanmışdır. İnsanlar buna adi təbiət hadisəsi kimi baxsa da, (Həmin hadisə də Ay tutulması ilə əlaqələnirdi.) hesablamalarımız göstərir ki, Xəzərdəki hadisə həmin hadisənin davamıdır. Belə ki, bu tufan həmin ildırım hadisəsinin 43-cü günü baş vermişdir ki, bu da yuxarıda söhbət açdığımız 43 Günəş tutulmasına işarədir.

Bütün bu hikmətləri dərk edən insan belə nəticəyə gəlir ki, indiyədək baş verən Günəş və Ay tutulmaları əslində Quranda deyildiyi kimi bəşəriyyətə bir xəbərdarlıqdır.

Son 15 ildə Yerdə baş verən bütün təbii fəlakətləri və böyük qəzaları (zəlzələlər, daşqınlar, təyyarə və enerji qəzaları və s.) tədqiq etməklə məşğulam. tədqiqatlarım onu sübut edir ki, baş verən bu cür fəlakətlər bir qayda olaraq riyazi yolla astronomik hadisələrə və Qurana bağlanır.

Bununla Rəbbim yolun azmış bəşəriyyətin diqqətini bəşəri dəyərlər toplusu olan QURANA yönəldir. Çünki əsrimiz kainatın sonuncu əsridir və nəhayət sonda insanlar kamillik dövrünü yaşayıb, sonra dünyanı dəyişməlidirlər.

Hesablamalarımız göstərir ki, indiki şeytani dövr gələn il başa çatacaq və bəşəriyyətin kamillik dövrü başlayacaqdır. Bundan 29 faiz insan bəhrələnəcək. Qalan 71 faiz dəryaların payına düşür...
Çalışın 29 faizdə olasız.

"(Rəbbim) Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: "İnsanları əzabımla qorxudub bildirin: "Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!" Quran, 16:2.
 
Tədqiqatçı-yazar:PAŞA YAQUB
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300