Oskar mükafatı laureatı, amerikalı bəstəkar Rendi Nyuman Rusiya Prezidenti Vladimir Putinə mahnı həsr edib.
 
Axar.az xəbər verir ki, bu haqda məlumatı Vaşinqton Post nəşri yayıb.
 
Sözügedən mahnı "Putin” adlanır. Nyuman "Şahzadə və qurbağa”, "Favorit”, "Meverik", "Oyuncaqların tarixi" filmləri üzərindəki işləri ilə tanınır. Studiya albomlarını nadir hallarda buraxan Nyumanın 36 il ərzində cəmi dörd albomu çıxıb.
 
Rusiya prezidentinə həsr olunan mahnı Nyumanın yeni albomuna daxil edilib. Bəstəkarın sözlərinə görə, onu Putinin köynəksiz fotoları ilhamlandırıb.
 
Bəstəkar albomun niyə yazda deyil, oktyabr ayında çıxması ilə bağlı sualı cavablandırarkən deyib:
 
"Çünki ABŞ prezident seçkilərindən sonra vətəndaşlar siyasətlə yaxından maraqlanmağa başlayacaq”.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300