Azərbaycanda iqtisadi durumun,gənclərin yaşam tərzi və problemləri haqda "Demokratik Təsisatlar və İnsan Hüquqları” İctimai Birliyinin fəalı Vüsal Bağırovla Uluyol.info olaraq söhbətləşdik:


Azərbaycan gənclərinin işsizlik problemini, bununla bağlı mövcud vəziyyəti necə qiymətləndirsiniz?

 

-Çox təəssüf ki, Azərbaycan gəncliyi bütün sferalarda passivdir. Hal-hazırda gənclər arasında biganəlik çox böyük vüsət alıb. Ölkəmizdə işsizlik probleminə bir sistemli elmi yanaşma yoxdur. Birincisi, hökümətin təqdim etdiyi rəqəmlərlə, ölkədə olan reallıq fərqlidir. Ali təhsilli gənclərin işsizlik probleminə toxunmaq istəyirəm. Dövlət sifarişi ilə təhsil alan gənclər işlə təmin oluna bilmirlər. Digər tərəfdən tarazlışdırmada ciddi fərq var, ali təhsil alanlara açılan iş yerlərinin müqayisə etsək gülməli mənzərə alınacaq.

 

Staitikaya baxaq, hər nə qədər tələbə ali təhsil alır və onlar işlə təmin olunur. Əgər sənin kadra ehtiyacın yox idisə, niyə məcbur edirdin ki, tələbə öz hesabına təhsil alsın, sonra da işsiz qalsın. Təəssüflər olsun ki, bu gün Azərbaycan iqtisadiyyatını 5-6 iri holdinq idarə edir. Onlar bazarda monopolist mövqeyə sahib olduqlarına görə, rəqabət mühiti də yoxdur. Rəqabət mühiti olmadığına görə də ölkədə iş yerlərinin sayı azdır. İşsizlərin sayı isə çoxdur. Tutaq ki, hansısa holdinq fikirləşir ki, mən nə istehsal edirəmsə, onu da satacağam. Mənim üçün hansısa xüsusi bir menecerə ehtiyac yoxdur. Onsuz da bu bazar mənə verilib.

 

Sizcə gənclərin əsas problemləri nədən ibarətdir və bu gün gəncləri hansı məsələr daha çox marağlandır?

 

-Bütün problemlər məhz işsizliklə əlaqədardır. Bu gün işsiz gənc ailə və mülkiyyət sahibi olmur. Texinki imkanların artıdığı bir dövrdə gənclər yaxşı geyimə, gəzməyə, maşına və sair bu kimi ehtiyaclara sahib olmaq istəyir. Əvvəlki illərlə müqayisədə bu gün evlənmək arzusunda olan gənclərin sayı əvvəlki illərlə müqayisədə daha aşağı səviyyədədir. Neftin uzuclaşmsının bütün sahələrə təsir edib, artıq sadlıq saraylarında da toy etmək istəyənlərin sayı azalıb...


Sizə bu nə ilə bağldır?

 

-Bilirsiniz bu göstərir ki, ölkə neftdən asılı vəziyyətə düşüb, neft gəlirləri yüksək olanda ölkədə hər hansi sosial və siyasi narazılıq diqqəti çəkmirdi. İndiki dövr, intensiv qərarvermə və prosesləri düzgün qimətləndirmə dövrüdür. Ölkənin həyatında təbii sərvətlər mühüm rol oynasada, hər zaman alternativlər olmaldır. Bizim ölkədə təbii resurslardan idarə olunmasıda strateji olmalı idi. Lakin təəssüflər olsun ki, hakimiyyət hələki bu haqqda düşünmür. Günümüzün realliği budur ki, biz bu yanlış siyasətin nəticələrini görürük. Hər şeyin sonu oldugu kimi neftində sonu olacaqdır, neftə güvənilən ümidlərdə bitəcəkdir. Ölkənin gələcəyinin təminatı üçün təbii resusrların alternativin də düşünmək lazımdır.

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300