Bu gün Xaçmazda Müsavat Partiyasının Məclis üzvü Könül Mirzəyevanın dəfn mərasimində görünməmiş olaylar yaşanıb.

Xəbər verdiyimiz kimi, dəfn mərasimindən əvvəl polis əməkdaşları Könül Mirzəyevanın qohumlarının və yerli müsavatçıların evlərinə gedərək, onlara təzyiq edib, Müsavat rəhbərliyinin Xaçmaza gəlişi və burada mitinq keçirib-keçirməyəcəkləri, dəfn mərasimində Azərbaycan bayrağının qaldırılıb-qaldırılmayacağı ilə bağlı sorğu-suala tutublar.

Dəfn mərasimində Müsavat Partiyasının başqanı Arif Hacılı, MSDM-nin rəhbəri İsa Qəmbər, Könül xanımın yaxın dostları, silahdaşları da iştirak ediblər.

Amma məsələ bununla da bitmir. Əsl mərəkəni hakimiyyət mənsubları məzarlıqda törədirlər. Həm də molla vasitəsi ilə. 

Artıq qeyd etmişdik, Könül xanım öz əqidədaşlarına onun məzarını Azərbaycanın və Müsavat Partiyasının bayrağı ilə örtülməsini xahiş etmişdi. Mərhumun vəsiyyətini yerinə yetirmək istəyən dostları Xaçmazın baş mollasının – Elvin əfəndinin etirazı ilə qarşılaşıblar. O, bayraqların məzarın üzərinə sərilməsinə mane olmağa cəhd edib. Mollanı bu addımı atmağa onun yanında duran mülki geyimli iki şəxs təhrik ediblər.

Mollanın bu hərəkətinə Müsavat başqanı Arif Hacılı sərt şəkildə reaksya verib. O, bayraqların məzarı üzərinə sərilməsini Könül xanımın vəsiyyyəti olduğunu bildirib. "O boyda Rusiya imperiyasının qarşısında bu bayrağı qaldırmışam,  əlimdən ala bilməyib, sən alacaqsan?”, – Arif Hacılı deyib.

İnsanların dərd-qəm içində olduğu bir məqamda, onların heysiyyatı ilə oynamaq utancverici bir məqamdır. Əfsuslar olsun ki, Azərbaycanın mövcud iqtidarı, ələxsus da yerlərdəki səbatsız məmurları, onlara qeyd-şərtsiz xidmət etməyə qalxan "din xadimləri” bu sayaq əxlaqa sığmayan addımlar atmaqdan çəkinmirlər.(bastainfo)

 

konul-3-3

konul-2-2

14611134_532449380278952_1424643530676145235_n

knltt_111016


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300