Son illər Azərbaycanı tərk edərək Avropaya sığınanların sayı artmaqdadır. Avropa ölkələrinə getmək üçün müxtəlif variantlara əl atan soydaşlarımız getdikləri ölkələrdə özlərini müxalifət fəalları kimi təqdim edirlər. Ancaq medianın araşdırmaları zamanı bəlli olub ki, bu şəxslərin siyasi müxalifətə heç bir aidiyyatı yoxdur. Həmçinin,  Avropada yaşayan siyasi fəalların özləri də oradakıların çoxunu tanımır.


Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, ötən ayın sonunda 50-yə yaxın Azərbaycan vətəndaşı Avropa ölkələrinə mühacirət edib. Maraqlıdır ki, mühacirətə gedənlərin əksəriyyəti son zamanlar təşkil edilən mitinqlərdə olanlardır. Belə ki, aksiyaya qatılan bu insanlar bir neçə foto çəkdirməklə buna nail olublar. Müxtəlif yollarla Avropaya daxil olan həmin şəxslərin əksəriyyəti gənclərdir. Onlar daxil olduğu ölkələrdə son aksiyalarda fotolarını yerli qurumlara təqdim edərək, özlərini siyasi müxalifətin tərəfdarıları kimi təqdim ediblər.


Hazırda müxtəlif düşərgələrdə qəbul olunan həmin şəxslərlə bağlı araşdırmalar başlayıb.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300