Dünən ABŞ-da prezidentliyə namizədlər – Hillari Klinton və Donald Trampın ikinci debatı baş tutub.

 

Axar.az xəbər verir ki, hər iki namizəd çıxışında qalmaqallı açıqlamalar verib. Ən çox diqqət çəkən məqam isə Klintonun Suriya ilə bağlı səsləndirdiyi fikirlər olub.

 

Onlar bizim oradakı gücümüzdür

 

Demokratlar Partiyasının namizədi xanım Klinton Suriyada kürdləri silahlandıracağını deyib. O, PKK-nın Suriya qolu PYD-ni nəzərdə tutaraq, "Kürdlər İraqda olduğu kimi, Suriyada da ən yaxşı müttəfiqimizdir. Onlar bizim oradakı gücümz olacaq” deyib.

 

Klinton uçuşa qadağan olunmuş bölgəni yaratmaq fikrini dəstəklədiyini, ABŞ əsgərinin bölgəyə göndərilməyəcəyini əlavə edib.

 

Lazım olarsa, Rusiya ilə əməkdaşlıq edəcəyik

 

Suriya və İŞİD məsələsində Tramp Rusiya ilə əməkdaşlığın nəticə verəcəyini deyib:

 

"İŞİD-i yox etmək üçün lazım gələrsə, Rusiya ilə də əməkdaşlıq edəcəyəm. Ortaq hərbi əməliyyatlar hazırlana bilər”.

 

Mosul əməliyyatlarına toxunan Respubikaçılar Partiyasının namizədi gizlilik prinsipinin unudulduğunu qeyd edib:

 

"Niyə Mosul əməliyyatını bu qədər açıq şəkildə müzakirə edirlər, anlamıram. Bunu gizli şəkildə edə bilməzsinizmi? Onsuz da qaçan qaçıb”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300