Dünən "Azad Azərbaycan Naminə” təşkilatı ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı ümumrespublika müşavirəsini keçirib. Təşkilatın idarə heyətinin səyi ilə baş tutmuş yığıncaq bir neçə saat davam edib. Öncə qonaqlara söz verilib.

Tədbirdə çıxış edən Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyev, "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, şair Mübariz Məsimoglu, Ümid partiyasının sədr müavini Elman Abbasov, "PS.Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli təşkilata uğurlar arzulamaqla yanaşı, ölkədəki mövcud durumu ətraflı təhlil etmişlər. AAN-nın Təşkilat komitəsi idarə heyətinin üzvləri Elvin Baycan və Ağaşirin Tarverdioğlu təşkilatın fəaliyyət istiqaməti barədə ətraflı məlumat verərək yaxın gələcəkdə belə tədbirlərin intensiv olacağını bəyan ediblər. Onlar mitinqlərin keçirilə biləcəyini də fəaliyyət proqramlarına daxil etdiklərini qeyd ediblər. Yüksək əhval-ruhiyyə ilə davam edən müşavirə dövlət himninin canlı ifası ilə yekunlaşıb.

1

3

4

5

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300