Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən, iş planına uyğun olaraq, 2016-cı ilin birinci yarısında Azərbaycan Respublikası Təhsil Nazirliyinin  bir sıra rayon təhsil şöbəsində maliyyə-təsərrüfatının fəaliyyətinin təftişiylə əlaqədar apardığı yoxlamalar yerlədə narazılıqla qarşılanır. Bu haqda sosial şəbəklərdə də informasiyalar verilib.


Gununsesi.info-ya Tərtər və Bərdə rayonundan daxil olan məlumata əsasən, yoxlamaların "ugurlu” başa çatması üçün  məktəblərdən kütləvi şəkildə kifayət qədər iri məbləğ yığılır. Belə ki, kənd və şəhər statusuna uyğun olaraq, olmaqla hər məktəbdən alınan məbləğ yerinə görə fərqlənir: "Ötən il Tərtər rayonunda səhiyyə təşkilatlarında yoxlamalar gedirdi. O zaman da xəstəxanalardan tələb olunan məbləğ həkimlərdən alınırdı. Hər bir tibb işçisi 1 aylıq əmək haqqını təftişçilərini "hörmətini” edəcək şəxsə çatdırırdı. Hazırda məktəblərdə də eyni hal yaşanır. Məktəb direktorları onlardan tələb olunan vəsaiti özləri ödəmək iqtidarında olmadıqları üçün müəllimlərdən  kütləvi şəkildə toplamaq məcburiyyətindədirlər. Kənd məktəblərindən bu məqsədlə 4-5 min manat arası pul yığılır. Onsuzda ehtiyac içində yaşayan müəllimlər isə bundan narazıdırlar. Borsunlu kəndində bu məbləğ tam çatmadığı üçün cərimələr edilib”-,deyə o bildirib.


 Mənbənin verdiyi məlumata görə, Maliyyə Nazirliyinin yoxlama aparan əməkdaşları üçün   Bərdə, Gəncə və digər rayonların təhsil sistemində işləyən kollektivlərindən üst-üstə 1,5 milyon manat yığılıb.

İstirahət günü olduğundan məsələyə Maliyyə Nazirliyindən münasibət öyrənmək  mümkün olmayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300