Dünən "Azəri-Türk” Qadınlar Birliyinin təşkil etdiyi Azərbaycanın Dövlət  Müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirdə qalmaqal yaşanıb.

Qalmaqalın yaranmasına səbəb, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlunun haqlı iradı olub.

Yasəmən Qaraqoyunlu: "Bu gün burda Qüdrət Həsənquliyev yox, bugünkü müstəqilliyimizdə haqqı olan Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və AXCP sədri Əli Kərimli iştirak etməli idi.” – deyərək İsa Qəmbər və Əli Kərimlinin tədbirə dəvət olunmamasını irad tutub.

"Mən burda Qüdrət Həsənquluyevin özünü Milli Azadlıq Hərəkatının lideri kimi təqdim etməsini qəbul etmirəm. O heç vaxt Milli Azadlıq hərəkatının lideri olmayıb. İsa Qəmbər və Əli Kərimli isə Milli Azadlıq hərəkatının liderlerindəndirlər” – Yasəmən Qaraqoyunlu əlavə edib.

Yasəmən Qaraqoyunlunun bu iradlarına cavab verən "Azəri–Türk” Qadılar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, əksinə, Əli Kərimlinin heç bir zaman Azadlıq hərəkatının lideri olmadığını və bilərəkdən də onları bu tədbirə dəvət etmədiyini bildirib.
"Bu tədbiri mən təşkil etmişəm, onlar da, getsinlər özləri tədbir təşkil edib, fikir bildirsinlər. Qüdrət Həsənquluyev isə Azadlıq Hərəkatının lideri olduğunu demədi, xahiş edirəm çıxışı düzgün təhlil edin . ” -deyə Tənzilə Rüstəmxanlı bildirib.

"Əbülfəz Elçibəy Azərbaycan Azadlıq Hərakatının liderlərindən biri olub, bunu danmıram. Amma Azərbaycanı parçalanmaq bəlasından Heydər Əliyev qurtarıb, müstəqilliyimizi saxlayan məhz Heydər Əliyev olub ” -deyə Tənzilə Rüstəmxanlı bildirib…

14593273-1314855261867416-494704166-n-jpg-pagespeed-ce-bm6vhwwuh0

 

 

Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300