Jurnalistlər İlham Əliyevə müraciət edib kömək istədilər

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) "Ekran-1” Mənzil Tikinti Kooperativinin (MTK) üzvləri yaşayış binasının təhvil verilməməsindən və binan qazla təmin olunmamasından şikayətçidirlər. Bu barədə həmin binanın sakini olan bir qrup jurnalistin prezident İlham Əliyevə etdiyi müraciətdə bildirilib. 

Müraciətdə qeyd olunub ki, "Ekran-1” MTK 2011-ci ildə Şərifzadə küçəsi 241E ünvanında 14-16 mərtəbəli yaşayış binasının tikintisinə başlayb. İTV-nin əməkdaşları həmin binadan aldıqları mənzilin hər kvadıratmetrinə 480 manat, əlavə olaraq qaz, su və elektirik enerjisi sayğaclarının haqqını ödəməklə müqavilə bağlayıb, payçı olublar. 

6 il vaxt keçsə də bina tam təhvil verilməyib. Buna baxmayaraq 30-a yaxın sakin öz mənzilində yaşamaqdadır. Bir o qədər də payçı mənzillərini təmir etsələr də, bina tam təhvil verilmədiyinə görə gözləmək məcburiyyətində qalıblar. Liftlərin tam istifadəyə verilməməsi daha hündür mərtəbədə yaşayan sakinlər üçün problemlər yaşadır. Ən acınacaqlı vəziyyət isə mənzillərə təbii qazın verilməməsidir. 

"Cənab Prezident, "Ekran-1” MTK-nın rəhbərliyi problemlərimizi həll etmək iqtidarında olmadığına görə sizə müraciət etmək məcburiyyətində qaldıq”,-deyə müraciətdə bildirilib. Müraciətin sürəti SOCAR-a göndərilib. 

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev "Bizim Yol”a bildiridi ki, MTK tərəfindən binaya qaz xətti çəkilib sayğaclar qurlaşdırılandan və zurəri sənədləri təqdim edildikdən sonra qazın açılması təmin edilir: "Qazın satışı ilə məşğul olan qurum olaraq Dövlət Qəbul Komissiyası tərəfindən qəbul edilən, bütün normativ, texniki və təhüləsiz şərtlərinə cavab verən istənilən çox mərtəbəli binaya qazın açılması təmin olunmasına hər zaman hazırıq”. (bizimyol.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300