Uluyol.info Kulis.Az-a istinadən öldürülən məşhur sənət xadimlərini siyahısını təqdim edir:

 

Sokrat

 

Filosof.

 

E.ə. 475-ci ildə edam cəzasına məhkum olunub. Məcburi şəkildə zəhər içməklə ölüb.

 

 

Həllac Mənsur

 

Məşhur sufi.

 

922-ci ildə Abbasi xəlifəsinin əmri ilə Bağdadda edam edilmişdir.

 

 

Tomas Mor

 

İngilis filosof və dövlət xadimi, şair.

 

1535-ci ildə kilsəyə qarşı çıxdığına görə edam edildi.

 

 

Pir Sultan Abdal

 

Şair və ozan.

 

Əvvəldə Sivasda yaşayan Xızır Paşa ozanın şeirlərindən feyziyab olurmuş. Daha sonra vali təyin olunduqda 1550-ci ildə Pir Sultanı edam etdirir. 

 

 

Cordano Bruno

 

İtalyan alim.

 

1600-cü ildə kilsənin qərarı ilə ölüm cəzasına məhkum olur və diri-diri yandırılır.

 

 

Aleksandr Qriboyedov

 

Rus yazıçısı, dramaturqu.

 

1829-cu ildə İranda rəsmi səfir təyin olunur. Həmin il Tehranda baş verən üsyan zamanı səfirlik binasında qətlə yetirilir.

 

 

A.S.Puşkin

 

Rus şairi.

 

1837-ci ildə dueldə Dantes tərəfindən öldürülüb.

 

 

Mixail Lermontov

 

Rus şair və yazıçı.

 

1841-ci ildə Puşkin kimi o da dueldə öldürülüb.

 

 

Evarist Qalua

 

Müasir cəbrin yaradıcısı.

 

1832-ci ildə 20 yaşında dueldə öldürülüb.

 

 

Federiko Qarsiya Lorka

 

İspan şairi.

 

1936-cı ildə diktator Frankonun tərəfdarları olan millətçilər tərəfindən güllələnib.

 

 

Pyer Paolo Pazolini

 

İtalyan rejissor.

 

1975-ci ildə "Salo və ya Sodomun 120 günü” adlı məşhur filminin ekranlara çıxmağından iki gün sonra qətlə yetirilib.

 

 

Antuan de Sent Ekzüperi

 

Fransız yazıçı.

 

1944-cü ildə idarə etdiyi hərbi təyyarə vurulması nəticəsində dünyasını dəyişib.

 

 

Con Lennon

 

Məşhur "The Beatles” qrupunun yaradıcı və ifaçısı.

 

1980-ci ildə Selincerin "Çovdarlıqda uçurumdan qoruyan” romanını oxuyan Mark Çampan adlı şəxs tərəfindən öldürülür. Qatil  qətli romanın qəhrəmanı Holden Koldfildin sifarişi ilə etdiyini bildirib.

 

 

Lev Trotski

 

Marksist inqilabçı, Sovet siyasi xadimi, Qızıl Ordunun qurucusu.

 

1940-cı ildə Stalinin əmri ilə ispan mənşəli NKVD agenti Ramon Merkader Meksikada, yaşadığı mənzildə buz baltası ilə Trotskiyə sui-qəsd etdi. İnqilabçı bir gün sonra öldü.

 

 

Mahatma Qandi

 

Filosof, Hindistan Azadlıq hərəkatının lideri.

 

1948-ci ildə gecə evinin baxçasında gəzərkən öldürüldü. Sui-qəsdi hindli radikal Naturam Qodse həyata keçirmişdir. 

 

 

Səməd Behrəngi

 

 Güney Azərbaycanlı yazıçı

 

1967-ci ildə Araz çayında müəmmalı şəraitdə boğulub.

 

 

Əli Şəriəti

 

İranlı sosialist filosof, tarixçi.

 

1977-ci ildə tək yaşadığı evin qapısı ağzında cəsədi tapılıb. Gənc yaşda heç bir xəstəliyi olmadığına görə ölümünə səbəbin cinayət olduğu göstərilir.  

 

 

Yanus Korçak

 

Polyak yazıçı.

 

1942-ci ildə Treblinka alman əsir düşərgəsində, himayəsində olan iki yüz uşaqla birgə öldürülüb.

 

 

Brus Li

 

Çinli aktyor.

 

Ölümü müəmmalıdır. Çoxları onun killer tərəfindən öldürüldüyünü desə də, bunun əksini iddia edənlər də var. Məşhur aktyor 1973-cü ildə vəfat edib.

 

 

Merlin Monro

 

Amerikalı aktrisa.

 

Bəziləri onun narkotikdən öldüyünü deyir. Başqa bir iddiaya görə isə, məşhur aktrisa Kennedinin qardaşının sifarişi ilə öldürülüb. Xatırladaq ki, Kennedinin qardaşı Merlin Monronu sevirdi. Məşhur aktrisa 1962-ci ildə vəfat edib.

 

 

Sabahattin Ali

 

Türk yazıçı.

 

Meyidi Türkiyə Bolqarıstan sərhədində tapılıb. Rəsmi açıqlamalara görə polis tərəfindən öldürülüb. Lakin dostları həbsdə işgəncə nəticəsində öldürüldüyü lakin meyidinin sərhəddə atıldığını iddia edirlər.

 

 

Tupak Şakur

 

Afro-amerikan hip-hop ifaçısı, reper.

 

1996-cı ildə Mayk Taysonun Las-Veqasdakı çıxışından qayıdanda güllələnmişdir.

 

 

Fəzlullah Nəimi

 

Hürufilik təriqətinin əsasını qoymuş mistik-filosof.

 

1401-ci ildə Əlincə qalasında edam olunub.

 

 

İmadəddin Nəsimi

 

Şair.

 

1417-ci ildə Hələbdə dərisi soyulmaqla edam olunub.

 

 

Molla Pənah Vaqif

 

Şair.

 

1797-ci ildə Qarabağ xanı olan Məhəmməd bəy Cavanşir tərəfindən edam edilir.

 

 

Hüseyn Ərəblinski

 

Aktyor və rejissor. Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri.

 

Sovet dönəmində Ərəblinskinin ölümü müsavatçıların adı ilə hallandırılsa da, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib.

 

 

Firidun bəy Köçərli

 

Maarifçi, ədəbiyyatşünas.

1920-ci ildə millətçiliklə ittiham olunaraq güllələnib.

 

 

Ömər Faiq Nemanzadə

 

Maarifçi, pedaqoq.

1937-ci ildə Stalin represiyasının qurbanı olmuşdur.

 

 

Mikayıl Müşfiq

 

Şair.

1938-ci ildə Nargin adasında güllələnmişdir.

 

 

Rafiq Tağı

 

Yazıçı, publisist.

2011-ci ildə naməlum şəxs tərəfindən bıçaqlanıb. Bir neçə gün sonra xəstəxanada vəfat edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300