Uluyol.info Kulis.Az-a istinadən gündəlik yaşayışımızda rastlaşdığımız  batil inanclarını təqdim edir. 

 

Qarşımıza qara pişik çıxanda yolumuzu dəyişirik – bu cür inancların çoxunda məntiq olmur. Misal üçün, niyə pişik? Niyə qara rəngdə? Peyğəmbərin ən sevimli heyvanı niyə burda uğursuzluq rəmzi olur? Bəlkə də hansısa əhvalatla bağlıdır bu inanc, lakin biz o əhvalatı unudub quruca inancı saxlamışıq.    

Image result for qara pişik

 

Qəbri barmaqla göstərmək olmaz – bəzi bölgələrdə karıxıb barmağını qəbirə uzadan adam, onu dişləyib ayağı ilə iki-üç dəfə yavaşdan tapdalayır.

Image result for qəbiristanlıq

 

Gecə pul verməzlər – yəqin bu xəsis adamların uydurmasıdır.

Image result for pul

 

Gecə evi süpürməzlər – bunu da yüz faiz tənbəl adamlar tapıb. Gecədir deyə zibilin içində yatmalıyıq? Görən tozsorandan istifadə etmək də günahdır?

Image result for метелка

 

Bəy öz toyunda oynayanda ucuzluq olur – bu pozitiv inancdır. Ziyanı yoxdur. Oynasın, amma çox həddini aşmasın. Çünki qabaqda daha vacib işlər var.

Image result for toyda

 

Qazan dibi yeyənin toyunda yağış yağır – hardan hara? Qazanın dibi ilə, göyün ərşi-əlasını biri-birinə belə bağlamaq üçün dünya boyda təxəyyülün olmalıdır. Maşallah! Yaxşı pul verələr, adam qazan dibi yeyib, toyunu quraqlıq ölkələrdə edər.

Image result for qazanın dibi

 

Paltarı tərs geysək, işimiz tərs gedər – burda məntiq də var, hardasa. Elə işin ən böyük tərsliyi paltarı tərs geyməkdir. Baxıb gülənlər, lağa qoyanlar, biləndən sonrakı pərtlik. Amma bunu dahilik əlaməti sayanlar da var.   

Image result for paltarı tərs geyinmək

 

Boşqabın dibini sıyıranın sevgilisi gözəl olar – bunu çox bic adamlar icad edib. Özü də qadın olub həmin adam. Süfrənin bulaşıqlarını da yumaq ona həvalə olunurmuş. Yaxşı fənd tapıb.

Image result for yemək yemək

 

Süfrə üstünə çıxırsansa qayınana səni çox istəyər – inanmayın! Provakasiyaya getməyin! Qayınana adamı heç vaxt çox istəməz. İllah da gəlini. Kürəkəni birtəhər əsaslandırmaq olar. O da yeməyin üstünə çıxdığına görə yox, vəzifəli, pullu olduğuna görə.    

Image result for Süfrə

 

Çörəyi tərsinə qoymazlar – etiraf edək ki, hamımız süfrədə tərsinə çörək görəndə narahat oluruq və özümüzdən asılı olmadan əl atıb düzəldirik. Ona görə də həmişə yuxa yeyin. Çevirməyə ehtiyac yoxdur, kolorisi də azdır.  

Image result for çörək

 

Qaşıq düşəndə qonaq gələr – belə də olmaz də. Qaşıq düşür bir dilxorçuluq, qonaq gəlir iki dilxorçuluq. Heç olmasa, qaşıq düşdü, qonaq gəlməyəcək deyək.

Image result for qaşıq

 

Göz dəyməsin deyə yanbız qaşımaq – bu lap ağ eləməkdir. Mücərrəd inanca qarşı gerçək jest! Ədəbsizlik! Səviyyəsizlik! Əgər, bu inancları nə vaxtsa unutmaq barədə düşünsək, birinci bundan başlamalıyıq.

Image result for gözmuncuğu

 

Uşağın qorxusunu almaq üçün yastığının altına bıçaq qoyurlar – möhtəşəm mistika! Görəsən, bıçaqla qorxmağı biri-birinə necə bağlamaq olar? Bu, Obama ilə Aşıq Yadigarı qohum çıxarmaq qədər çətindir.

Image result for yatan uşaq

 

Qırxı çıxmamış uşağın üstünə getməzlər – burda məsələ bıçaq və qorxu qədər absurd deyil. Bu, Obamanın qohumunu Afrikaya yaxın ölkələrdə axtarmaqdır. Yəni, hardasa, necəsə mümkündür.

Image result for körpə    

 

Sağ əlin qaşınanda pul gələcək – kasıbların nağılıdır, təbii ki. Qoy inansınlar, amma qaşınmaya ümid olub iş-gücdən qalmasınlar. 

Image result for əlin qaşınması

 

Tək səbir – bəziləri cüt səbrə uğursuzluq rəmzi kimi baxır. Deyilənə görə, Tanrı Adəmə can verəndə, o, asqıraraq ayağa qalxıb. Asqırmaqda mistika axtarmaq ənənəsi burdan gəlir, yəqin. Sağlam olun!

Image result for Asqırmaq

 

Hıçqırırsansa, oğurluq loxma yemisən – baaa!!! Lap sosial məzmun var bu inancda. Oğurluq loxmaya qalsa dünyanı hıçqırtı bürüyərdi.

Image result for Hıçqırmaq

 

Qulaq cingildəyəndə kimsə dalınca danışır – vecinizə almayın. Qeybətinizi edirlərsə, ciddi adamsınız.

Image result for qulaq

 

Adamın üstünə əsnəmək – məcazi mənası bir yana, ədəbsizlikdir. Əsnəyəndə ağzımızı mümkün qədər az açaq, səs çıxarmayaq və əlimizi ağzımıza tutaq. O zaman, kimsə əsnəyib üstünə ağırlıq tökdüyümüzü də fikirləşməz.  

Image result for Əsnəmək

  

Güzgü qırılanda uğursuzluq gətirir – güzgü qırılanda kədərlənir adam. Bu real hisdir. Yəqin uğursuzluq məsələsi də bu hisdən yaranıb. Çalışaq, güzgümüz qırılmasın.   

Image result for qırıq ayna

 

Ocağa su tökməzlər – meşədə kabab bişirəndən sonra da? İnanmayın. Pikniklərdə ocağınızı söndürmədən getməyin. Yanğının verə biləcəyi real zərər hər cür batil inancdan daha gerçək və daha təhlükəlidir.  

Image result for ocaq

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300