Minik maşını, yoxsa yük avtomobili?

İmişli rayon sakini Tofiq Əzimov minik avtomobilini yük maşınına çevirib. 

ARB Aran xəbər verir ki, o, bunun üçün "Qaz-24”, "Qaz-69” və digər avtomobillərin ehtiyat hissələrindən istifadə edib. 8 aya yeni görkəmdə başa gələn avtomobilin çəkisi 2 tondur. Elə çəkisi qədər də yük  götürmə qabiliyyətinə malikdir. 

"Avtomobilin başa gəlməsi üçün xeyli zəhmət çəkilib”, - deyə avtomobildə düzəliş edən Tofiq Əzimov bildirib. 

Tofiq Əzimov deyir ki, bir müddət əvvəl də belə bir avtomobil hazırlayıb. Həmin maşından 10 il istifadə edə bilib. Lakin o, artıq istifadəyə yaramadığından yenisini düzəltmək qərarına gəlib. 

"Əvvəlki avtmobil bir az yığcam olub. Yük yeri də balaca olub”, - deyə avtomobildə düzəliş edən Tofiq Əzimov vurğulayıb. 


Tofiq Əzimov deyir ki, 2000 manat xərc çəkərək hazırladığı avtomobildən əsasən təsərrüfat işlərində faydalanır. O, gələcəkdə bu avtomobildən də yaxşısını hazırlamaq niyyətindədir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300